Home IELTS Bloqu IELTS Nədir?

IELTS Nədir?

IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) imtahanı İngilis dilinin istifadə edildiyi ölkələrdə işləmək və ya təhsil almaq istəyənlərin İngilis dili biliklərini ölçmək və qiymətləndirmək üçün aparılan beynəlxalq bir imtahandır. IELTS İmtahanı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və ya işləmək istəyənlər üçün ingilis dili səviyyəsini qiymətləndirmək üzrə bir çox ölkə tərəfindən qəbul edilmiş beynəlxalq səviyyədə dünyanın ən tanınmış ingilis dili imtahanıdır.

IELTS imtahanın nəticələri 140-dan çox ölkədə 10,000-dən çox təşkilat tərəfindən tanınır və qəbul edilir. Həmin təşkilatlara təkcə ABŞ-da sayı 3,000 olan hökumət, akademik təşkilat və işəgötürənlər daxildir.

ieltsnedir-min

IELTS imtahanları klassik və ya kompüter vasitəsilə həyata keçirilə bilər. IELTS imtahanları akademik və ümumi olmaqla da iki əsas yerə bölünür. Akademik IELTS imtahanları İngilis dilli ölkələrdə təhsil almaq istəyənlər üçün mövcuddur. General IELTS imtahanları isə İngilis dilli ölkələrdə işləmək üçün müraciət etmək istəyənlər və ya immiqrantların müraciət etməsi  üçün nəzərdə tutulmuş İELTS imtahanına daxildir.Akademik IELTS imtahanının “Oxu” bölməsində əsasən təhsil ilə əlaqəli akademik fənlər bloku daxil olunur.  Ümumi IELTS imtahanına isə ümumi fənlər bloku daxil edilir.

Akademik IELTS testində sizdən “Yazı” bölümündə  2 inşa yazmağınız xahiş olunur. Akademik IELTS imtahanın inşa yazılması qrafik və ya cədvəli şərh etməyiniz istənilir. Akademik IELTS imtahanın ikinci inşa yazmaq mərhələsində isə təhsillə bağlı bir mövzuda inşa yazmağınız tələb olunur.

General IELTS imtahanında da sizdən iki inşa yazmağınız tələb olunur. General  IELTS imtahan sualında ilk inşa mövzusu haqqında bir məktub yazırsınız. İkici sualda  isə ümumi bir mövzuda inşa yazmağınız tələb olunur.

Dilin qiymətləndirilməsi sahəsində dünyanın bir sıra aparıcı mütəxəssisləri tərəfindən hazırlanmış IELTS və ingilis dilində oxuma, yazma, dinləmə və danışıq bacarıqlarınız  qiymətləndirilir.

IELTS imtahanı oxuma mərhələsi.

IELTS imtahanında oxu mərhələsi zamanı tələbələrə oxumaq üçün 3 mətn təqdim olunur.  IELTS imtahanlarında oxu mətnlərinin mövzusu  daha çox mütəxəssis olmayanla şəxslərə uyğun olaraq jurnal, qəzet, kitab və ya onlayn məzmundan hazırlanır. IELTS imtahanlarının oxuma mərhələsinin çətinlik dərəcəsi bakalavriat və ya magistratura təhsili alanlar üçün uyğundur. IELTS oxu imtahanında cəmi 40 sual verilir.  IELTS  imtahanın oxu mərhələsində verilən tapşırıqları yerinə yetirmə müddəti 60 dəqiqədir (1 saat).

IELTS Yazı Testi:

IELTS imtahanın bu mərhələsində namizədlərə iki yazı tapşırığı təqdim olunur. IELTS  imtahanı yazı mərhələsində verilmiş olan hər iki tapşırığın mütləq şəkildə yerinə yetirilməsi tələb olunur.

IELTS imtahanın yazı mərhələsində sizə təqdim edilən tapşırıqda qrafiklər, cədvəllər kimi şəkilləri öz sözlərinizlə təsvir etməlisiniz. IELTS yazı imtahanında 20 dəqiqə ərzində ən azı 150 ​​söz yazmalısan. IELTS yazı imtahanında təqdim edilən ikinci tapşırıqda bir problemi və ya baxış bucağınızı bildirməyiniz tələb olunur.  IELTS imtahanın  ikinci yazı mərhələsində sizə verilən tapşırıq 40 dəqiqə ərzində 250 söz yazmaqdan ibarət olur.

IELTS imtahanı dinləmə mərhələsi: IELTS imtahanı dinləmə mərhələsində namizədlər imtahan verənin səsləndirdiyi səs yazılarını dinləyərək sualları cavablandırmalıdır. Dinləmə mərhələsi zamanı hər səs qeydində nitq sürəti artır. IELTS imtahanın bu mərhələsində namizədlərə verilən vaxtın müddəti 40 dəqiqədir.

 IELTS imtahanı danışıq mərhələsi: IELTS imtahanın danışıq mərhələsində imtahan verən namizədlə imtahanı edən mütəxəssis  arasında üz-üzə müsahibə aparılır. Müsahibələr hər biri digərini tamamlayan üç mərhələdə həyata keçirilir. IELTS imtahanın bu mərhələsindəki sualların məzmunu hobbiləriniz, bəyəndiyiniz və ya bəyənmədiyiniz şeylər, ailə və iş mühit kimi bir çox fərqli mövzulardan ibarət olur. IELTS imtahanında danışıq testi üçün namizədlərə verilən vaxt  müddəti11-14 dəqiqə arasındadır.

IELTS imtahanında danışıq mərhələsinə hazırlaşarkən tətbiq ediləcək testlərin məzmunu və sual növlərini yaxşı başa düşməyiniz çox vacibdir. Çünki məzmunla tanış olmaq  imtahan zamanı  rahat  hiss etməyinizə və həyəcanlanmaq kimi mənfi halların qarşısını almasına kömək etmiş olacaq.

IELTS imtahan qiyməti 1-9 arası müəyyən olunur.

1

9 (Ekspert): Namizəd dilə tam hakimdir, yerində və doğru istifadə ilə yanaşı axıcı bir danışma və tam anlama qabiliyyətinə malikdir.

8 (Çox yaxşı): Dilə tam bələd olmaqla yanaşı sadəcə nadir tutarsızlıqlara sahibdir. Sıx qarşılaşılmayan vəziyyətlərdə yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər.

7 (Yaxşı): Dilə hakim olmaqla bərabər bəzi qarışıqlıqlarda tutarsızlıqlar və yanlış anlaşılmalar ola bilər. Qarışıq vəziyyətlərdən baş çıxara bilər və detallı anlatmaları anlayar

6 (Bacarıqlı): Ümumi olaraq dilə hakim olmaqla bərabər bəzi tutarsızlıqlar və yanlış anlaşılmalar yaşanar. Sıx vəziyyətlərdə qarışıq bir dil istifadə edə bilər.

5 (Məqbul): Dilə qismən hakimdir, çox vəziyyətdən baş çıxara bilsə də xətalar edər. Özlüyündə təməl biliklərə hakimdir.

4 (Sərhədli): Təməl biliklər sadəcə tanış şərtlər daxilində keçərlidir. Qarışıq vəziyyətlərdə sıx-sıx problemlər yaşayar.

3 (Çox sərhədli) Çox tanış məsələlərdə sadəcə ümumi vəziyyəti anlaya bilər və anlada bilər.

2 (Kəsintili): Sadəcə çox tanış məsələlərdə və sərhədli kəlimə qrupları xaricində həqiqi bir dialoq mümkün deyil.

1 (Dili bilmir): Bir-biri ilə əlaqəsi olmayan bir neçə söz xaricində dili istifadə edə bilmir.

✓ O IELTS imtahanında iştirak etməyib və ya dolayısıyla haqqında heç bir məlumat alınmayanlar üçün istifadə edilir.

Əgər siz də beynəlxalq səviyyədə ən çox tanınan IELTS imtahanlarında uğurlu nəticə əldə etmək istəyirsinizsə, kursumuzun peşəkar mütəxəssisləri tərəfindən sizə təqdim etdiyi IELTS xidmətlərindən yararlana bilərsiniz.

Xidmətlərimizə daxildir:

Xaricdə təhsil almış peşəkar mütəxəssislər tərəfindən  keyfiyyətli tədrisin həyata keçirilməsi;

Xarici mütəxəssislərin iştirakı ilə həyata keçirilən ümumi IELTS  dərsləri

Dərs saatlarının tələbələrin seçiminə uyğun olaraq 1.5 və 2 saat müddətində hazırlanması

Effektiv və interaktiv öyrənməni təmin etmək üçün həftəsonu conversation club-ların təşkili.

IELTS haqqında tez-tez soruşulan suallar

IELTS – International English Language Testing System( Beynəlxalq İngilis Dili Test Sistemi ) deməkdir.

Bacarıq yoxlanılır: Oxumaq, dinləmək, danışmaq, yazmaq.

Oxumaq, yazmaq və dinləmək testləri eyni gündə keçirilir. Danışıq testi isə həm eyni gündə, həm də digər testlərdən əvvəl/sonra keçirilə bilər.

Xeyr. Oxumaq, yazmaq və dinləmək testləri arasında fasilə yoxdur. Onlar hamısı birlikdə keçirilir və ümumilikdə 2 saat 40 dəqiqə müddətində aralıqsız davam edir.

Xeyr, buna icazə yoxdur. İmtahanın bütün mərhələləri boyu divarda saat olur.

IELTS imtahanına istədiyiniz qədər daxil olmaq şansına sahibsiniz, heç bir limit yoxdur.

İmtahan nəticəniz test tarixinizdən sonrakı 13 gün ərzində sizə göndəriləcəkdir. Bəzi test mərkəzləri ayrıca SMS bildirişləri və nəticələrin online bildirilməsi xidməti də təqdim edir. Yalnız bir nüsxə verildiyi üçün nəticənizi güvənli bir yerdə saxlamağınız məsləhət görülür.

Əvvəlcə “Dinləmə” testini, daha sonra “Oxu” və “Yazı” testlərini əldə edəcəksiniz (bu testlər arasında fasilə yoxdur). “Danışıq” imtahanınız yerli tənzimləmələrdən asılı olaraq ya həmin gün, ya da o gündən yeddi gün əvvəl, və ya iki gün sonra keçiriləcəkdir.

Sınaq günü əvvəlcədən xəbərdarlıq etmədən iştirak etməsəniz, tam ödənişinizi itirəcəksiniz. Bununla birlikdə, test tarixindən sonra 5 gün ərzində tibbi arayış təqdim etsəniz, yerli inzibati xərc çıxılmaqla geri ödəmə alacaqsınız.

IELTS imtahanı yerli tələbatdan asılı olaraq, ayda dörd dəfəyə qədər olmaqla ildə 48 sabit tarixdə keçirilir.

Test mərkəzi növbəti mövcud test tarixində sizə bir test təklif edə bilər.