IELTS Kursu

IELTS Kursu

ieltskursu

IELTS kursumuzu tələbələrin xaricdə təhsil arzusunu nəzərə alaraq tədris edirik. Caspian Plazada yerləşən IELTS kurslari  ümumilikdə həftədə 2 dəfə olmaqla seçimdən asılı olaraq 1.5 və 2 saat müddətində hazırlanır və tələbələrə təqdim olunur. Xarici müəllimlərin də iştirakı ilə həyata keçirilən ümumi IELTS dərsləri və eyni müəllimlərlə birlikdə baş tutan conversation club-lar tələbələrin öyrənmə mərhələsini ən effektiv və interaktiv şəkilə gətirməyə çalışır. Keçirilən dərslər nəticəsində tələbələrimizin ən qısa müddətdə və ən effektiv şəkildə biliklərə yiyələnməsi, nəticədə arzuladıqları uğura daha da yaxınlaşması IELTS kursu olaraq ilk öncəliyimizdir.

Listening

IELTS kursunun önəmli hissələrindən olan Listetning 4 hissədən ibarətdir. Müddəti 30 dəqiqədir və hər bir hissəsi 40 sualdan ibarətdir. Boşluqları doldurmaq, sinonim/antonimləri tamamlamaq, cümləni məntiqi ardıcıllıqla düzmək və s. kimi üsullar namizədə təqdim olunur.

Academic Reading

40 sualdan ibarətdir, 60 dəqiqə davam edir. Bu vaxt ərzində tələbələr həm sualların cavabını tapmalı, həm də cavabları cavab vərəqinə köçürməlidir. Listening bölməsindən fərqli olaraq cavabları cavab vərəqinə köçürmək üçün əlavə vaxt verilmir. Hesablama sistemində hər sual 1 balla qiymətləndirilir. Səhv verilmiş cavab düz cavablara təsir etmir.

Academic Writing

Caspian Plazadaki IELTS kursumuzda Writing bölməsinə xüsusi önəm verilir. İki hissədən ibarət olan və 60 dəqiqə davam edən writing bölməsinin 1-ci yazısında 20 dəqiqə ərzində minimum 150 sözdən ibarət olan mətn yazılmalıdır. Yazının quruluşu tam olmalı və əsas məqamlar gözəçarpıcı dərəcədə göstərildikdən sonra məzmuna uyğun “conclusion” verilməlidir. Writing-in 2-ci yazı hissəsində Essay (inşa) qeyd olunmalıdır , verilmiş arqument və ya problem haqqında namizədin təhlilini əks etdirməsi tələb olunur.

Speaking

Danışıq testi 11-14 dəqiqə olmaqla 3 əsas hissədən ibarətdir və namizədin səsi imtahan götürən tərəfindən qeydə alınır. Speaking mərhələsində hər hissə üzrə sualların strukturu fərqlidir və 1-ci hissə ümumi suallar ətrafında, 2-ci və 3-cü hissə isə birbiriliylə əlaqəli suallar ətrafında sorğu-sual olunur.

IELTS haqqında tez-tez soruşulan suallar

IELTS – International English Language Testing System( Beynəlxalq İngilis Dili Test Sistemi ) deməkdir.

Bacarıq yoxlanılır: Oxumaq, dinləmək, danışmaq, yazmaq.

Oxumaq, yazmaq və dinləmək testləri eyni gündə keçirilir. Danışıq testi isə həm eyni gündə, həm də digər testlərdən əvvəl/sonra keçirilə bilər.

Xeyr. Oxumaq, yazmaq və dinləmək testləri arasında fasilə yoxdur. Onlar hamısı birlikdə keçirilir və ümumilikdə 2 saat 40 dəqiqə müddətində aralıqsız davam edir.

Xeyr, buna icazə yoxdur. İmtahanın bütün mərhələləri boyu divarda saat olur.

IELTS imtahanına istədiyiniz qədər daxil olmaq şansına sahibsiniz, heç bir limit yoxdur.

İmtahan nəticəniz test tarixinizdən sonrakı 13 gün ərzində sizə göndəriləcəkdir. Bəzi test mərkəzləri ayrıca SMS bildirişləri və nəticələrin online bildirilməsi xidməti də təqdim edir. Yalnız bir nüsxə verildiyi üçün nəticənizi güvənli bir yerdə saxlamağınız məsləhət görülür.

Əvvəlcə “Dinləmə” testini, daha sonra “Oxu” və “Yazı” testlərini əldə edəcəksiniz (bu testlər arasında fasilə yoxdur). “Danışıq” imtahanınız yerli tənzimləmələrdən asılı olaraq ya həmin gün, ya da o gündən yeddi gün əvvəl, və ya iki gün sonra keçiriləcəkdir.

Sınaq günü əvvəlcədən xəbərdarlıq etmədən iştirak etməsəniz, tam ödənişinizi itirəcəksiniz. Bununla birlikdə, test tarixindən sonra 5 gün ərzində tibbi arayış təqdim etsəniz, yerli inzibati xərc çıxılmaqla geri ödəmə alacaqsınız.

IELTS imtahanı yerli tələbatdan asılı olaraq, ayda dörd dəfəyə qədər olmaqla ildə 48 sabit tarixdə keçirilir.

Test mərkəzi növbəti mövcud test tarixində sizə bir test təklif edə bilər.