Asan və sürətli ingilis öyrənmə metodları

Öyrənmək həyatımızın böyük bir parçasıdır – hər zaman öyrənməyə və inkişaf etməyə can atmalıyıq. Bu proses vaxt apara bilər, vaxt isə qiymətlidir. Bəs öyrənmə prosesini sürətləndirməklə vaxtınızı necə səmərəli keçirə bilərsiniz? Neyroelm sayəsində biz necə öyrəndiyimizi və beynimizin məlumatı emal edib saxlamağın ən təsirli yollarını daha yaxşı başa düşürük.

Qələm və kağızla qeydlər götürün.

Konfrans və ya mühazirə zamanı noutbukunuzdakı qeydləri yazmaq uzun və sıxıcı proses kimi görünə bilər, lakin bu sizin daha sürətli öyrənməyinizə kömək edir. Öyrənməyinizi sürətləndirmək üçün noutbuku bir kənara qoyun, dədə-baba üsulu ilə, kağız və qələmlə qeydlər aparın ???? Tədqiqatlar göstərmişdir ki, mühazirələri qeyd edən şəxslər məlumatları daha yaxşı emal edib yadda saxlayır. 

Effektiv qeyd götürmə bacarıqlarına sahib olmaq

Nə qədər çox qeyd götürsəniz bir o qədər sürətli öyrənəcəksiniz. Hərtərəfli və dəqiq götürməyi bilmək sizə ümumi konseptləri yadda saxlamağa, mövzunu dərinliyi ilə başa düşməyə və əsas öyrənmə bacarıqlarını təkmilləşdirməyə kömək edəcək. Yeni mövzu öyrənməzdən əvvəl Cornell Method kimi qeyd götürmə strategiyalarını öyrənin. Hansı metodu istifadə etməyindən asılı olmayaraq qeyd götürmə ilə bağlı bir neçə əsas ip ucları var. Bunlar:

  1. Qulaq as və öz sözlərinlə qeydlər götür.
  2. Vaxta qənaət etmək üçün abbreviature və işarələr sistemi yarat
  3. Bütöv cümləni deyil, birləşmələri yaz
  4. Vacib məlumatları götürməyi öyrən, əlavə məlumatlara fikir vermə.

Diqqətinizi toplamaq üçün beyninizə fasilə verin

Həddən artıq yüklənmiş məlumatlar real bir şeydir. Yeni bir şey öyrənmək üçün beynimiz yeni məlumatı saxlamaq üçün duyğu reseptorlarımıza siqnal göndərməlidir, ancaq stress və həddən artıq yüklənmə beynimizin məlumatları effektiv emal edib saxlamasına mane olur.

Fikrimiz dağınıq olanda, əsəbi olanda beynimiz effektiv işləyə bilmir. Siz bunu tələbələr uzun mühazirələrə qulaq asanda yaranan vəziyyətdə müşahidə edə bilərsiniz. Onlar məlumatları yadda saxlaya bilmir, bununla da öyrənmə prosesi dayanır. Bununla mübarizə aparmağın ən yaxşı yolu “beyinə istirahət vermək” yaxud beyninizi yeni bir fəaliyyətə yönləndirməkdir. 

Məlumatları bir neçə yolla öyrən

Bir şeyi öyrənməyin çoxsaylı yollarından istifadə etdiyiniz zaman mövzu barədə məlumatları saxlamaq üçün beyninizin daha çox bölgəsindən istifadə edəcəksiniz. Bu, məlumatların beyninizdə daha çox əlaqəli olmasını təmin edir.

Siz bunu beyninizin müxtəlif hissələrini hərəkətə gətirmək üçün istifadə edə bilərsiniz, məsələn qeydləri oxuyarkən, videoya baxarkən və mövzuya dair audio sənədlərə qulaq asarkən. İstifadə etdiyiniz resursların sayı nə qədər çox olarsa, daha sürətli öyrənəcəksiniz.

Öyrəndiklərini bildiklərinlə əlaqələndir.

Yeni konseptləri hər nə qədər başa düşdüyünüz ideyalarla birləşdirsəniz, yeni məlumatları bir o qədər sürətli öyrənəcəksiniz. Yaddaş, mürəkkəb koqnitiv tapşırıqları icra etmək qabiliyyətində mərkəzi rol oynayır. Yeni məlumatları əvvəldən bizə məlum olanlarla uyğunlaşdırmağın yollarını tapmaqla yeni materialda əlavə məna qatları kəşf etmiş olacaqsınız. Bu sizə həmin məlumatı mahiyyət etibarilə daha yaxşı başa düşməyə və daha dəqiq ötürməyə kömək edir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir