Film izləyərək ingilis dilini öyrənmək olar?

Artıq hamı ortaq bir fikirdə birləşir: “İngilis dili olmazsa olmazımdır.” Bu dil artıq hər yerdə mütləq şəkildə qarşımıza çıxır. Bəs ingilis dilini daha maraqlı formada öyrənməyə nə deyirsiniz? İngilis dilini təbii ortamda əylənərək özünüzü inkişaf etdirə bilərsiniz. Bu məqaləmizdə film izləyərək necə ingilis dili öyrənə bilərik? sualına cavab axtaracağıq.

Hamımız yaşadığımız bölgələrə aid ləhcələri ətrafımızdakı insanların danışığı sayəsində öyrənirik. Yəni dil mühitimizdə danışılır. Film izləyərkən də eyni vəziyyəti yaşamış oluruq. Film izləyərkən dili öyrənməyin iki növünə rast gəlirik: birincisi birbaşa və iradi olaraq edilən, ikincisi isə dolayı və qeyri-iradi şəkildə ediləndir. Film izləyərək dil öyrənmək istəyənlər iki əsas məqama diqqət yetirməlidir:

  1. Zehnimiz səsləri dinləməyə və tam olaraq eşitməyə fokuslanmalıdır.
  2. Eşitdiyimiz söz, cümlə və ifadələrin hansı mənaya gəldiyini bilməliyik.

Başa düşməyə çalışın

Başa düşmədən qulaq asdıqlarımızın effektiv bir təsiri olmayacaq. Başa düşmədən eşitdiyimiz səsləri tam şəkildə eşitsək belə səslər bizim üçün vızıltıdan ibarət olacaq. Bu da vaxtınızın boşa sərf olunmasına səbəb olacaq. Film izləyərək ingilis dilini öyrənməyə çalışarkən ana dili ingilis dili olan biri kimi danışmalıyıq. Eşitdiyimiz səsləri orijinaldakı kimi deməyə çalışın. Filmlər sizə ingilis dilində danışmağı təbii yollardan öyrədə bilər, amma filmləri öyrənmək üçün düzgün metoddan istifadə etməliyik. Təkcə film izləyərək ingilis dilini öyrənmək mümkün deyil, çünki qrammatika alt yazılı film və seriallarda verilmir. Qrammatik alt yazıları da öyrənməliyik.

Yaşınıza uyğun filmləri izləyə bilərsiniz. Xüsusilə maraq dairənizə uyğun filmlər xarici dil öyrənməyinizi daha da sürətləndirəcək. Film seçərkən hansı aksentdən öyrənəcəyinizi bilməlisiniz: british english yoxsa american english? Bununla yanaşı, seçdiyiniz filmin dilinin çox da ağır olmamasına diqqət yetirməlisiniz. Başlanğıc üçün sadə dildə olan filmləri izləyə bilərsiniz. İlkin mərhələdə azərbaycan və ya türkcə alt yazı ilə baxa bilərsiniz. Lakin zaman keçdikcə artıq altyazısız baxmalısınız.

Filmləri haradan tapa bilərəm?

İnternetdəki əksər film saytlarından istədiyiniz filmlərə baxa bilərsiniz. Bu cür saytların aylıq xidmət haqqı olur. Həmin məbləği ödəməklə reklam və kəsinti olmadan rahatlıqla istədiyiniz film və seriallara baxa bilərsiniz.

Film izləyərkən qeyd aparmalıyam?

Məqsəd əylənərək öyrənməkdir. Ona görə də qarşınıza belə bir öhdəlik qoysanız bu filmdən zövq almağınıza mane olacaq. Amma istəsəniz bir neçə filmə baxdıqdan sonra eşitdiyiniz ən çox istifadə olunan söz və ya birləşmələri film bitdikdən sonra qeyd edə bilərsiniz.

Bəs film izləyərək ingilis dilimi hansı müddətə qədər inkişaf etdirə bilərəm? Bunun üçün konkret bir müddət demək düzgün olmaz, çünki izlədiyimiz filmin, serialın keyfiyyət və müddətinə görə dəyişə bilir.

Film izləyərkən tətbiq etməli olacağımız addımlar:

  1. Maraq dairənizə aid olan maraqlı bir film seçin
  2. Başlanğıc üçün dili sadə olan film seçməyiniz məsləhətdir
  3. Film, hazırki dil səviyyənizə uyğun olmalıdır, əks halda öyrənməyinizi çətinləşdirəcək.
  4. Hansısa sözün mənasını başa düşməkdə çətinlik çəkirsinizsə, lüğətlərdən, tərcümə proqramlarından istifadə edin
  5. Qısa cümlələri bir neçə dəfə təkrarlayın.
  6. Hər şeydən əvvəl filmi altyazı, daha sonra altyazı olmadan izləyin
  7. Filmi izləməzdən əvvəl qısa məzmunu varsa, əvvəlcə onu izləyin. Bu sizin filmi başa düşməyinizə kömək edəcək.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.