Gündə nə qədər ingilis dili öyrənməli?

Bir dili öyrənmək üçün gün ərzində nə qədər vaxt sərf etmək lazımdır? Bu məqalədə sizlər üçün bu mövzunu araşdırmışıq.

Məktəbdə olarkən gün ərzində dərs oxumaq və ev tapşırıqlarını tamamlamaq üçün sərf etdiyiniz saatlar normaldır. Bu, sizin gündəlik rejiminizi müəyyən edir və həyatınızın vacib aspekti hesab olunur. Məzun olduqdan sonra tamştatlı işə qəbul olursunuz, daha sonra ailə qurmaq istəyirsiniz. Bunların arasında əlbəttə yeni dil öyrənməyə kifayət qədər vaxt qalmır. Bəs məqsədlərinizə çatmaq üçün gündə nə qədər vaxtı təhsilə ayırmalı?

Günün hansı saatının öyrənmə üçün ən yaxşı olduğu sualı kimi, öyrənməyə nə qədər vaxt sərf etməyiniz böyük ölçüdə ehtiyaclarınızdan asılıdır. Əgər sizin vaxtınız və motivasiyanız varsa, hər gün saatlarla vaxtınızı dərx oxumağa sərf edə bilərsiniz, lakin müəyyən nöqtədən sonra məlumatları yadda saxlamağı dayandıracaqsınız.
Bütün günü dolu olan insanlar üçün gündə bir neçə dəqiqə eyni dərəcədə təsirli ola bilər. Niyə? Bütün bunlar “mikro-öyrənmə” adlı metodologiyaya əsaslanır.

Mikro-öyrənmənin gücü.

Ətraf Mühitin Tədqiqi üzrə Avropa Konfransının tədqiqatçıları “mikro-öyrənmə”ni “çətin öyrənmə tapşırığının zamanla paylanan çox sürətli öyrənmə qarşılıqlı əlaqəsinə bölündüyü” e-təhsil texnikası kimi təsvir edirlər. Başqa sözlə desək, məlumat müntəzəm olaraq qısa, idarə oluna bilən parçalar şəklində çatdırılır. Ümumiyyətlə, mikro-öyrənmə onlayn viktorinalar, qısa məqalələr və ya xarici sözü tərcüməyə uyğunlaşdırmaq kimi proqrama əsaslanan öyrənmə məşqləri şəklində olur. Bu tip tapşırıqları tamamlamaq üçün gündəlik 15-20 dəqiqə vaxt ayırmağınız kifayət edir.
Microlearning nisbətən yeni bir anlayışdır, ona görə də onun effektivliyinə dair ətraflı məlumat yoxdur. Bununla belə, bir sıra e-tədris şirkətləri kiçik hissələrdə öyrənməyin faydaları haqqında nəzərəçarpan məqalələr yazmışdır.

Yarım Saat Nəzəriyyəsi

Digər ekspertlər isə deyirlər ki, gündə 30 dəqiqə yeni bir şey öyrənməyə sərf etmək üçün optimal vaxtdır. Bu nəzəriyyənin banisi Zoë B hesab olunur.
Zoë B yazır: “Ümumi fikir ondan ibarətdir ki, siz hər gün yarım saat ərzində kiçik bir şey edirsiniz və sonra zaman keçdikcə tədricən təkmilləşirsiniz”.
Dil öyrənməyi musiqi alətində ifa etməyə bənzətmək olar, hər ikisində oxşar cəhətlər var və bir çox musiqi müəllimləri gündə təxminən 30 dəqiqə məşq etməyi məsləhət görürlər. Qısa öyrənmə müddətləri həm də sizi gündəlik eyni prosesi icra etməyə həvəsləndirir.

Duolingo ilə ingilis dilini öyrənmək

Bu proqram son zamanlar çox populyar olub. Proqramın üstünlüyü ondadır ki, gündəlik sizə elektron poçtlar göndərilir və dərs vaxtınızın olduğu xatırladılır. Hər mövzu və dil səviyyəsi üzrə maksimum 15-20 dəqiqəlik tapşırıqlar olur. Bu tapşırıqlar dinləmə, danışıq, yazı, oxu bacarıqları üzərində qurulur. İşlərinin çoxluğu səbəbindən xarici dil öyrənməyə vaxtı olmayan şəxslər üçün Duolingo ideal proqramdır. Bu proqramın bir digər müsbət cəhəti isə təkcə ingilis dilini deyil, eyni zamanda digər xarici dilləri də öyrənmə imkanlarına sahibsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.