İngilis dili səviyyələri hansılardır?

Dünyanın ən çox danışılan dillərindən biri olan ingilis dili, ayrılıqda səviyyələrə bölünür. Bu səviyyələr Avropa Dilləri Ortaq Çərçivə Proqramı (CEFR) tərəfindən müəyyən olunur. İngilis dili səviyyə ölçmədə 4 əsas bacarıq əsas götürülür. Bunlar oxuma, yazma, danışıq və dinləmə bacarıqlarıdır. Bu bölmələrin hər biri fərqli səviyyələrdə ola bilər. İngilis dili səviyyəniz bu bölmələrin ortalaması olaraq qəbul edilir. İngilis dilində başlanğıc səviyyə (A1 və A2), orta (B1 və B2), irəli (C1 və C2) olaraq qruplaşdırılır.

A1 – Başlanğıc (Beginner) Səviyyə

A1 səviyyəsində olan şəxs, gündəlik danışıq sözlərini başa düşə bilir, ən vacib söz və cümlələri deyə bilir. Özü haqqında məlumatları, adı, yaşı, doğulduğu yer və s. kimi mövzular barəsində məlumat verə bilir. Əgər həmsöhbəti asta-asta və sadə sözlərlə danışırsa, qarşılıqlı dialoq qurması da mümkündür. A1 səviyyəsində xarici dil öyrənməyə başlayan şəxslər, əlifba, sadə qrammatik qaydalar, gündəlik dialoqlar və vacib sözlər öyrədilir.

A2 – Elementar (Elementary) Səviyyə

İngilis dilində A2 səviyyəsində əsas birləşmələri öyrəndikdən sonra sadə dil biliklərinə sahib olacaqsınız. Daha çox söz öyrənə və ünsiyyət zamanı ən çox istifadə olunan situasiyalardan xəbərdar olacaqsınız. Tez-tez istifadə olunan ifadələri və mövzular haqqında cümlələri başa düşə biləcəksiniz. Gündəlik sadə dialoqlarda fikir mübadiləsi apara biləcəksiniz. Özünüz haqqında sadə cümələrlə danışa biləcək və lazım olduqda ətrafınızda baş verənlərlə bağlı cümələr qura biləcəksiniz.

B1 – Orta (Intermediate) Səviyyə

İngilis dilində B1 səviyyəsində əsas mövzularla yanaşı, ən çox istifadə olunan sözləri öyrənəcəksiniz. Bununla yanaşı, gündəlik həyatda tez-tez istifadə etdiyiniz və faydalana biləcəyiniz yeni dil qaydalarını öyrənəcəksiniz.

Boş vaxtlarınızda, məktəbdə, işdə və ailədə tez-tez qarşılaşdığınız söhbətlərin əsas mövzusunu başa düşəcəksiniz. İngilis dilli ölkəyə getdiyiniz zaman qarşılaşdığınız bir çox situasiyanın öhdəsindən gələ biləcəksiniz. Şəxsi maraq dairəniz, ailə mövzuları haqqında fikrinizi bildirəcək əsas cümlələri qura biləcəksiniz. Təcrübələrinizi və keçmişdə yaşadığınız hadisələri, xəyallarınızı səbəbləri və açıqlamaları ilə başa sala biləcəksiniz.

B2 – Üst Orta (Upper Intermediate) Səviyyə

İngilis dilində B2 səviyyəsində bir çox mövzulara hakim olacaq və söz bazanız əksər sahədə danışmaq üçün yetərli olacaqdır. Eyni zamanda danışıq və dinləmə bacarıqlarınız da digər insanlarla ünsiyyət qura biləcəyiniz səviyyə gələcək.

Öz sahənizdə texniki detallar da daxil olmaqla çətin mövzularda olan mətnləri oxuya və başa düşə biləcəksiniz. Ana dili ingiliscə olan insanlarla, iki tərəfin də bir-birini başa düşəcəyi şəkildə ünsiyyət qura biləcəksiniz. Hər hansı bir mövzu haqqında müsbət və mənfi cəhətlətləri açıq və başa düşülən səviyyədə mətnlər yaza biləcəksiniz.

C1 – İrəli (Advanced) Səviyyə

İngilis dilində C1 səviyyəsində olan şəxslər mövzulara hakim və geniş söz bazasına sahibdirlər. Danışıq əsnasında qarşınızdakı şəxsi başa düşməkdə heç bir çətinlik çəkməyəcəksiniz. Akademik və peşəkar şəkildə danışıqlar apara biləcəksiniz.

Bir çox mövzu haqqında qəliz və uzun mətnləri oxuya və tam qavraya biləcəksiniz. Özünüzü rahat şəkildə ifadə edə biləcək, nitqiniz daha səlis olacaq. Dili peşəkar, akademik və sosial məqsədlərlə çevik bir şəkildə istifadə edə biləcəksiniz. Qarışıq mövzular haqqında bağlayıcıların, qarışıq birləşmələrin olduğu çətin cümlələri qura biləcəksiniz.

C2 – Səlis (Proficient) Səviyyə

İngilis dilində C2 səviyyəsində hər hansı bir problem yaşamadan cümlələri oxuyub başa düşəcəksiniz. İnsanlarla rahat şəkildə ünsiyyət qura biləcəksiniz.

Eşitdiyiniz və oxuduğunuz hər şeyi tam şəkildə başa düşəcəksiniz. Fərqli yazılı mənbələrdən əldə etdiyiniz məlumatların qısa xülasəsini verə və başdan yaza biləcəksiniz. Özünü səlis və axıcı şəkildə ifadə edə biləcəksiniz.

İngilizce konuşarak öğrenilir! İngilis dili səviyyənizi təkmilləşdirmək üçün təkcə oxumaq bəs etmir, eyni zamanda ünsiyyət qurmağı bacarmalısınız. Ana dili ingilis dili olan müəllimlərdən birbaşa dərs götürüb özünüzü inkişaf etdirə bilərsiniz. İngilis dilində danışmaq üçün ən yaxşı vasitə danışaraq öyrənməkdir. British Council-in rəsmi veb saytında ingilis dili səviyyənizi ölçüb müəyyən etdikdən sonra çatışmayan cəhətlərinizin üzərində işləyə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir