İngilis dili səviyyələri neçə müddətə öyrənilməlidir?

Bildiyiniz kimi ingilis dili özü də ayrılıqda bir neçə səviyyələrə bölünür: Beginner, Elementary, Pre-Intermediate, Intermediate, Upper-Intermediate, Advanced və Proficient səviyyələri. Bu səviyyələrin hər birini səlis şəkildə bitirmək üçün sizə ən azı 3-4 ay vaxt lazım olur. Təbii ki, bu rəqəm nisbidir. Əvvəl də qeyd etdiyimiz kimi həmin müddətin az və ya çox olması sizdən daha çox asılıdır. Bəzən bir tələbə bir səviyyəni bir aya, digər tələbə isə 3 aya bitirə bilir.

İlk olaraq A1 – Başlanğıc (Beginner) səviyyədən başlayaq. Bu, ingilis dilini sıfırdan öyrənməyə başlayanlar üçündür. Hərflərin öyrənilməsi, sadə qrammatik qaydaların izahı və sözlərin öyrənilməsi bu mərhələdə baş verir. Təməl səviyyə olduğu üçün necə başlayırsınızsa, sona qədər də elə davam edəcəksiniz. Yəni başlıca prinsiplər bu mərhələdə öyrənilir. İngilis dilində mükəmməl danışmaq üçün mükəmməl qrammatika və söz əzbərləməyə ehtiyac yoxdur. Lakin əsas qrammatik qaydalar bütün cümlələrin strukturunda eynidir. Ona görə də ingilis dilini yeni öyrənməyə başlayanlar ilkin səviyyəni daha diqqətlə araşdırmağa çalışmalıdır.

İkincisi, isə A2 – Elementar (Elementary) səviyyədir. Bu mərhələdə artıq siz sadə qrammatik qaydalar barədə müəyyən biliklərə və sadə söz bazasına sahib olursunuz. Elementary səviyyəsini tam mənimsəmək üçün ortalama tələbəyə təqribən 3 ay kifayət edir. Amma qeyd etdiyimiz kimi bu tələbənin potensialından asılıdır. Bəzən göstərilən müddətdən daha tez, bəzən isə daha uzun vaxt davam edə bilər.

Üçüncü səviyyə B1 – Orta (Intermediate) səviyyədir. Orta səviyyədə ingilis dili biliyi olan şəxslər artıq özünə tanış olan mövzularda söhbət edə bilir, qarşısındakı həmsöhbətini başa düşür, sərbəst ünsiyyət qurmağı bacarır. Orta səviyyə özü də pre və upper hissələrinə bölünür. Tələbələr intermediate səviyyəsində olduqları zaman artıq IELTS və ya TOEFL kimi beynəlxalq ingilis dili imtahanlarına hazırlaşa bilərlər. 

İrəli səviyyə, yəni C1-C2 (Advanced-Proficient) səviyyələri. Bu səviyyədə olan şəxslər ingilis dilində tam sərbəst danışa bilir və xarici ölkədə heç bir çətinlik çəkmədən ingilis dili daşıyıcıları ilə rahat dil tapa bilirlər. 

Ümumilikdə hər bir səviyyəni tam şəkildə öyrənmək üçün ən azı 3-4 ay vaxt lazım olur. Təbii ki, bu müddətdə sistemli plan qurmaq, daimi praktika etmək və səviyyələrə uyğun film\seriallar izləmək, çoxlu kitablar oxumaqla istənilən xarici dili ana diliniz kimi mənimsəyə bilərsiniz. Xarici dil daimi praktika tələb edir. Hətta bir dili müəkəmməl bilsəniz belə onu istifadə etməsəniz, artıq bir neçə ilə unudulacaq. 

İngilis dilində sərbəst danışmaq üçün beynəlxalq təcrübə proqramlarına qatıla bilərsiniz. Erasmus+ deyilən beynəlxalq proqram vasitəsilə bakalavr tələbələri bir və ya bir neçə semestrlik xarici ölkələrin birində təhsil ala və beynəlxalq təcrübə qazana bilərlər. Bununla yanaşı, müxtəlif xarici ölkələrdə çoxsaylı könüllülük proqramları da mövcuddur. Bu proqramlar qısamüddətli və uzunmüddətli olmaqla iki qrupa ayrılır. Bütün xərclər təşkilat tərəfindən qarşılanır. Sizdən sadəcə portalda qeydiyyatdan keçib tələb olunan sənədləri yükləməyiniz tələb olunur. Bundan sonra əgər profiliniz uyğundursa, sizinlə əlaqə saxlanılır və müsahibəyə dəvət olunursunuz. 

İngilis dilini qısa müddətdə öyrənmək üçün isə bizim kurslara yazıla bilərsiniz. Kursda dərs deyən peşəkar ingilis dili müəllimlərimiz sayəsində istədiyiniz səviyyədə ingilis dilində danışa biləcəksiniz. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.