İngilis dilini necə pulsuz öyrənə bilərəm?

Son zamanlarda xarici dil öyrənmək bir trendə çevrilib. Bunun əsas səbəbi xarici dil bilikləri olan şəxslərin digərləri ilə müqayisədə istər iş mühitində, istərsə də gələcək təhsil həyatında daha üstün olmasıdır. Hazırda ingilis dili dövrün tələbinə çevrilib. Bununla əlaqədar ölkəmizdə də xarici dil kurslarının sayı getdikcə artmaqdadır. Lakin burda bir məqam var. Hamı bu kurslara gedə bilmir. Bəs kursa getmədən ingilis dilini öyrənmək mümkündür mü? İngilis dilini necə pulsuz öyrənə bilərik? Bu kimi sualların cavabı bu məqaləmizdədir.

Hər kəsin xarici dil öyrənmə üsulları və götürmə qabiliyyəti fərqlidir. Məsələn, bir müəllimin istifadə etdiyi tədris metodikası bir tələbəyə anlaşıqlı gələ bilər, amma digərində eyni təsiri göstərməyə bilər. Belə vəziyyətdə tələbə həm maddi, həm də vaxt itkisi ilə üzləşir. Bu kimi hallarda ən yaxşısı pulsuz xarici dil öyrənmə saytlarında yerləşdirilən dərslərə baxmaqdır. Hazırda uşaqdan tutmuş böyüyə kimi hamıda smartfon var. Telefonunuzun Play Market bölməsindən pulsuz xarici dil öyrənmə proqramlarını yükləyə və istədiyiniz vaxt bu resurslardan faydalana bilərsiniz. Bu proqramlardan bir neçəsini sizə təqdim edək:

  • British Council – LearnEnglish – Bu sayt Böyük Britaniya Konsulluğu tərəfindən yaradılmış və saytda müxtəlif məqsədlərlə dil öyrənmək istəyən  tələbələrə fərqli sahələrdə və mövzularda dərslər verilir. Bu sayt vasitəsilə siz əvvəlcədən ingilis dili səviyyənizi ölçə və buna uyğun olaraq səviyyə artırma dərslərinə qatıla bilərsiniz. Səviyyə yoxlanışı testi cəmi 35-40 dəqiqə çəkir. Burada sizin dinləmə, danışıq, oxuma və yazma bacarıqlarınız ayrı-ayrılıqda yoxlanılır və yekun nəticə müəyyən edilir.
  • Duolingo – Son zamanların ən populyar proqramlarından biri deyə bilərik. Xüsusilə, pandemiya şəraitinə görə əksər xarici universitetlər artıq IELTS, TOEFL sertifikatları ilə yanaşı, Duolingo sertifikatını da qəbul edir. Duolingo proqramının ən mühüm xüsusiyyəti ondadır ki, burada siz təkcə ingilis dilini deyil, eyni zamanda digər dilləri öyrənə bilərsiniz. Hər mövzu və situasiyaya uyğun dərslər müəyyən olunur. Bir mövzunu uğurlu bitirdikdən sonra növbəti mövzuya keçmiş olursunuz. Proqram, həmçinin sizin danışıq və yazı bacarıqlarınızı da inkişaf etdirir.
  • Coursera – Bu sayt sizə müxtəlif növdə proqram və hətta non-degree təhsil imkanları təklif edir. Saytın pulsuz kurslar və proqramlar bölməsində ingilis dilinin öyrənilməsi ilə bağlı çoxsaylı proqramlar mövcuddur. Axtarış edib özünüzə uyğun kurs və proqramı tapmaq 5-10 dəqiqə vaxtınızı alacaq. Buradan götürdüyünüz kurs və ya proqramların sonunda müəyyən məbləğdə ödəniş edib sertifikat da əldə edə bilərsiniz.

Coursera kimi onlayn pulsuz saytlar n qədərdir. Saymaqla bitirmək olmaz. Lakin bu tətbiqlərlə yanaşı, sizə fərdi tövsiyəmiz o ola bilər ki, daha çox praktika edəsiniz. Sevdiyiniz janrda filmlərə baxmaqla, özünüzə speaking partnyor axtarmaqla dil baryerinin öhdəsindən gələ bilərsiniz. Unutmayın, ingilis dilini mükəmməl öyrənməklə özünüzə saysız-hesabsız qapılar açmış olacaqsınız.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.