İngilis dilini öyrənərkən edilən səhvlər

İngilis dili öyrənənlərin ən çox etdiyi səhvlər nələrdir?

Aşağıda ingilis dili öyrənərkən ən çox yol verilən 5 səhvi qeyd etmişik:

1. Qrammatikaya fokuslanmaq

İngilis dili öyrənənlərin ən çox etdiyi kobus səhvlərdən biri budur. Tədqiqatlar göstərir ki, qrammatikanı öyrənmək əslində ingilis dilində danışıq qabiliyyətini zəiflədir. Niyə? Çünki qrammatika yadda saxlanması və məntiqi cəhətdən istifadəsi olduqca mürəkkəbdir. Ünsiyyət zamanı sizin düşünmək, yüzlərlə qrammatik qaydaları xatırlamaq üçün vaxtınız olmayacaq. 

Məntiqi düşünən sol beyniniz bunu edə bilməz. Siz qrammatikanı uşaqlıqda öyrəndikləriniz kimi intuitiv və qeyri-iradi olaraq öyrənməlisiniz. Qulağınız düzgün ingilis dili qrammatikasını eşitdikcə onu qəbul edib yaddaşda saxlayacaq.

2. Danışmağa məcbur etmək

Həm ingilis dilini öyrənən tələbələr, həm də müəllimlər xarici dili öyrənən şəxs hazır olmamış onu danışmağa məcbur edirlər. Nəticədə əksər tələbələr özünəinam və səlislik olmadan ingilis dilində çox yavaş danışır. Danışmağa məcbur etmək ən böyük səhvdir. Danışmağa məcbur etməyin. Dinləyin və səbirli olun. Yalnız hazır olduqca danışın – bu daha təbii olacaq. 

3. İngilis dilini formal kitablardan öyrənmək

Əfsuslar olsun ki, ingilis dilini öyrənən əksər tələbələr standart kitablardan öyrənirlər. Problem ondadır ki, ana dili ingilis dili olanlar bu tip kitablardan istifadə etmir. Dostlarınla, ailənlə, iş yoldaşlarınla, əsas dil daşıyıcıları ilə ünsiyyət zamanı fraza və slanqlardan istifadə edirsiniz. Dil öyrənərkən kitablara deyil, daha çox gündəlik danışıq dilinə istinad edin.

4. Mükəmməl olmağa çalışmaq

Tələbələr və müəllimlər səhvlərə daha çox fokuslanır və səhvlər barədə narahat olurlar. Səhvləri düzəldirlər. Onlar mükəmməl danışmağa çalışırlar. Halbuki heç kəs mükəmməl deyil. Ana dili ingilis dili olanlar belə səhvlər edir. Siz də edəcəksiniz. Neqativə köklənmək yerinə ünsiyyətə fokuslanın. Məqsədiniz “mükəmməl” danışmaq yox, fikirlərinizi sərbəst və aydın şəkildə ifadə etmək olsun. Ünsiyyətə diqqət ayırın. Bu zaman səhvlərinizi öyrənib üzərinizdə işləyəcəksiniz.

5. Özünü başqaları ilə müqayisə etmək

Bu təkcə dil öyrənmə cəhətdən yox, ümumi hər məsələdə çox səhv bir addımdır. Çünki hər bir şəxsin bacarıqları və potensialı özünəməxsusdur. Özünüzü başqaları ilə müqayisə etmək sizi inkişafa yox, əksinə geriyə aparacaq. Hardasa özünəinamsızlıq, özünü başqalarından aşağı görmək kimi mənfi emosiyalar yaranacaq. Özünüzü heç vaxt başqaları ilə müqayisə edib aşağı görməyin. 

6. Məktəblərdəki ingilis dilinə arxalanmaq

İngilis dilini öyrənən əksər tələbələr məktəblərə arxayın olurlar. Onlar düşünür ki, müəllim və məktəb buna görə məsuliyyət daşıyır. Bu tamamilə yalnış fikirdir. Özünə görə yalnız sən məsuliyyət daşıyırsan. Yaxşı müəllim kömək edə bilər, amma fərdi şəkildə öyrənməyinizə görə təkcə siz məsuliyyət daşıyırsınız. Effektiv dərs və materialları tapmalısınız. Hər gün dinləməli və oxumalısınız. Emosiyalarınızı cilovlamalı, enerjili və həvəsli olmalısınız. Positiv və optimist olmalısınız. 

Bu səhvləri çox normal haldır, əsas odur ki, bunları düzəldə bilərsiniz. Səhvlərinizdən öyrənirsiniz, bununla da ingilis dilini öyrənmə yolunuz da dəyişir. Daha sürətli öyrənirsiniz. Danışığınız da inkişaf edəcək. Beləcə ingilis dilini öyrənməkdən zövq alacaqsınız. 

Sizə uğurlar arzu edirik..!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.