İngilis dilini öyrənmək üçün ən yaxşı proqramlar

Yüzlərlə, hətta minlərlə söz öyrənə bilərsiniz, bütün dillərin qaydalarını və feil formalarını əzbərləyə bilərsiniz. Ancaq bu o demək deyil ki, bu qədər məlumatla belə ingilis dilini ana diliniz kimi axıcı şəkildə danışacaqsınız. Yalnız davamlı praktika etməklə danışıq bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Həyatınızı asanlaşdırmaq üçün ingilis dili bacarıqlarınızı inkişaf etdirə biləcək metodlar və ingilis dilinizin səlisliyini necə artıra biləcəyinizə dair kiçik bir siyahı hazırlamışıq:

Supiki   

Supiki ingilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirməyə kömək edən ən yaxşı proqramlardan biridir. Hər şeydən əvvəl “dinlə və təkrar et” hissəsində praktiki məşqlər edə bilərsiniz. Bundan sonra Supiki ilə danışa bilərsiniz, o sizə avtomatik cavab verə bilir. Real insanlardan fərqli olaraq bu proqram sizin üçün həmişə vaxt ayıra bilir. Beləliklə, istədiyiniz yerdə və istədiyiniz vaxt praktika edə bilərsiniz. Bu proqramın ən yaxşı cəhəti isə danışıqların əvvəlcədən yazılmamış olması, yəni eynilə real insanla danırmışsınız hissini verməsidir. Müəyyən ssenariləri izləmirsiniz, ancaq danışırsınız və proqram sizə cavab verir.

Learn to Speak English

TalkEnglish.com saytının rəsmi tətbiqi olan proqram, Android və iOS cihazları üçün də mövcuddur. Proqram, 8.000-dən çox səsyazma və 900-dən çox dərsdən ibarətdir. Dərslərin çoxu səsli şəkildədir, beləcə siz həmin dərsləri rahatlıqla dinləyərək öyrənə bilərsiniz. Bununla yanaşı, Learn to Speak English proqramı vasitəsilə öz səsinizi qeydə alıb proqramın səsi ilə müqayisə edə bilərsiniz.

English Conversation Practice

Bu proqram da iOS və Android cihazları üçün TalkEnglish.com-un başqa bir versiyasıdır. English Conversation Practice 200-dən çox dərsdən ibarətdir. Bunlara dinləmə, müxtəlif testlər, danışıq praktikası və dialoqları qeyd etmə funksiyaları daxildir.

Apps4Speaking

Apps4Speaking, danışana ehtiyac olmadan ingilis dili danışıq bacarıqlarını inkişaf etdirmək üçün bir digər vasitədir. Ən son danışıq tanıma texnologiyasına əsaslanan Apps4Speaking, video funksiyası ilə effektiv söhbət imkanı təqdim edir. Bununla yanaşı, proqram mətnə əlavə olaraq piktoqramlar da təqdim edir, bununla da siz oxumadan hər şeyi başa düşə bilərsiniz.

Preply.com

İngilis dilində ünsiyyət bacarıqlarınızı necə inkişaf etdirəcəyinizə dair ən yaxşı tövsiyələrdən biri də real vaxt çərçivəsində ana dilində danışan biri ilə söhbət etməkdir. Fərdi dil kursları axtarmağa ehtiyac yoxdur, müəlliminizi internetdən rahatlıqla tapa bilərsiniz. Bu metod sizə vaxt qazandıracaq və danışıq səviyyənizi nəzərəçarpacaq dərəcədə inkişaf etdirəcək.

Elsa 

İngilis dilində danışıq bacarıqlarınızı evdən necə inkişaf etdirəcəyinizi bilmək istəyirsiniz mi? Elsa mükəmməl ingilis dilində ünsiyyət bacarıqlarınızı təkmilləşdirməyin ən yaxşı üsullarından biridir. Xüsusilə amerikan ingiliscəsi ilə maraqlanırsınızsa, bu proqram sizin üçün ideal sayıla bilər. Pulsuz lüğəti də daxil olmaqla hər hansı bir sözü necə tələffüz edə biləcəyinizi qısa müddətdə öyrənəcəksiniz. Bununla yanaşı, Elsa gündəlik danışıqları, müxtəlif ifadələri və hətta frazaları başa düşməyinizə və təkrarlamağınıza kömək edəcək. Eyni zamanda inkişafınızla bağlı sizə tez-tez bildirişlər göndərilir. Yeri gəlmişkən, bu proqram 2016-cı ildə SxSW-in Qlobal Təhsil Texnologiyası mükafatını qazanmışdır.

Nativox

Nativox proqramının video, səsyazma və geri bildiriş xüsusiyyətləri sayəsində tələffüz və aksentinizi inkişaf etdirə bilərsiniz. Nativox proqramında 50-70b aralığında video vardır. Proqramın istifadəsi olduqca sadədir; siz izləyir və dinləyirsiniz, daha sonra səsinizi qeyd edirsiniz, dinləyirsiniz və lazım gələrsə, ana dilinizə tərcümə edirsiniz.

Digər tövsiyələr

Proqramlardan istifadə etməklə yanaşı, ingilis dilində danışıq bacarıqlarınızı sürətli şəkildə artırmaq üçün bir neçə tövsiyəmiz var. Əgər bu proqramları istifadə etməyə vaxtınız yoxdursa, özünüzlə ingilis dilində danışın. Bunu güzgünün qarşısında üzünüzə və ağzınıza baxaraq edin. Əlavə olaraq ən sevdiyiniz ingilis dilində mahnıları oxumağa çalışın.

İngilis dilində danışmaqdan qorxmayın!

İngilis dili bacarıqlarınızı inkişaf etdirmək üçün ən vacib tövsiyə budur. İngilis dilində danışmaqdan qorxmayın və hər gün praktika edin. Bir neçə gün ərzində super səviyyəyə gəlməyəcəksiniz, amma mütəmadi danışmaqla uğurlu olmaq üçün lazım olan bütün baryerləri aşacaqsınız. Artıq əlinizdəki ən yaxşı vasitələr və tövsiyələr sayəsində danışıq bacarıqlarınızı necə inkişaf etdirəcəyinizi bilirsiniz. Bu yolda sizə uğurlar arzu edirik ????

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir