Home SAT SAT imtahanına hazırlıq

SAT imtahanına hazırlıq

Dünya üzrə SAT imtahanına hazırlaşan tələbələrin çox hissəsi Azərbaycanın payına düşür.  Hər il minlərlə tələbə təhsil almaq üçün xaricdəki universitetləri seçir. SAT imtahanına hazırlaşmaq üçün isə ən uyğun seçim bizim kurslardır. Bizim peşəkar və illərin təcrübəsinə sahib, xaricdə təhsil almış mütəxəssislərimiz sizin bu imtahandan rahat bir şəkildə yüksək nəticə əldə etməyinizə yardımçı olacaqlar. Kursumuzda dərslərimiz sizin istəyinizə uyğun bir şəkildə ənənəvi və distant şəkildə həyata keçirilir. Eyni zamanda dərslərinizin qrup və ya fərdi dərslər olacağını siz özünüz də seçmək imkanına sahibsiniz. SAT imtahanında uğurlu nəticə əldə etmək üçün bizi seçin!

satimtahanahazirliq

SAT kursları haqqında tez-tez soruşulan suallar

SAT imtahanında iştirak edən tələbələr test gününü 28 dollara dəyişə bilərlər. Unutmamalı olduğunuz əsas məqam isə  dəyişikliyi yalnız testdən 14 gün əvvəl edə bilərsiniz. Testi 10 dollar geri qaytarmaqla da ləğv edə bilərsiniz. Ləğvlər yalnız testdən 4 gün əvvəl edilə bilər.

Hər ali məktəb fərqli bir bal tələb edir və hədəf universitetinizin hansı bal istədiyini bizdən və yaxud onların öz saytlarından öyrənə bilərsiniz.

SAT-ın qiyməti 47.50 ABŞ dollardır (Seçmə esse hissəsini də almaq istəyirsinizsə, qiyməti 64.50 dollar olacaq).

İstədiyiniz balı almaq üçün istədiyiniz qədər imtahan verə bilərsiniz. İmtahanda iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur.

SAT testi təxminən 3 saat çəkir (isteğe bağlı yazı ilə 3 saat 50 dəqiqə). Epizodlar arasında 3 qısa fasilə var, bu vaxtdan şagirdlər rahatlamaq üçün yemək və içmək üçün istifadə edə bilərlər.

SAT formasını imtahandan ən az 1 ay əvvəl doldurmalı və imtahana yazılmalısınız.

Şagirdlərin çoxu SAT imtahanına 11-ci sinifindən başlayır. SAT imtahanı üçün hazırlıq ən azı 1 il əvvəl başlamalıdır.

Azərbaycanda Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və ADA Universiteti kimi təhsil müəssisələrində SAT nəticəsi ilə  bakalavr dərəcəsi üzrə təhsil almaq mümkündür.

SAT imtahanında iştirak etmək üçün müraciəti online formada edə biləriniz. Amma Türkiyədə və Amerikada çoxlu sayıda müraciət məntəqələri mövcuddur.

SAT nəticələri ümumiyyətlə ABŞ universitetlərinə müraciət zamanı 5 il müddətində etibarlıdır.

Xeyr, SAT imtahanında hər kəs istədiyi qədər iştirak edə bilər.