Estoniyada Təhsil

Estoniyada Təhsil

İlbəil  keyfiyyətli təhsil, təhlükəsiz şərait,  büdcəyə uyğun yaşam şəraiti  axtaran tələbələr  öz ölkələrindən xaricə, tanınmış və öncül universitetlərə ali təhsil almaq üçün üz tuturlar. Bir çox tələbələrin, o cümlədən Azərbaycanlı  gənclərin universitet seçimlərində Estoniya əsas mövqeyə malikdir. Əsaəsn tibb, texnologiya, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə mövcud ixtisas proqramları  öz keyfiyyətinə və elmi-metodiki statusunua görə xarici tələbələrin diqqətini Estoniya universitetlərinə cəlb edir.  Estoniya təhsil sistemindən danışmazdan əvvəl, ölkə haqqında qısa məlumata nəzər salaq: 

Estoniya Baltik dənizinin sahilində yerləşən Şimal-şərqi  Avropa dövlətidir. 1991-ci ildə Estoniya SSRİ-nin tərkibindən çıxandan sonra BMT-nin üzvü oldu. Qısa zamanda iqtisadi inkişaf cəhətdən böyük irəliləyişlər əldə etdi.  Ölkədə digər Avropa ölkələrinə nisbətən xaricdən gələn insanlar əhalinin böyük hissəsini təşkil edir. Ölkənin yalnız üçdə ikisi etnik estonlardan ibarətdir. Eston dili, ölkənin dövlət dilidir. Əlavə olaraq, əhalinin dörddə biri rus dilində danışır.  Ölkənin pul vahidi avrodur.

 

Estoniyada təhsil sistemi və universitetlər

 
Eston təhsil sistemi dörd səviyyəli sistemə əsaslanır, məktəbəqədər, ibtidai, orta və ali təhsil.  Akademik təhsil 3 pillədən: bakalavr, magistr və doktoranturadan ibarətdir.  Hər il Estoniya universitetlərinə gələn xarici tələbələrin sayı durmadan artır.   Universitetlər xarici  tələbələrə müasir əmək bazarının tələblərinə uyğun nəzəri və praktiki əsaslı təhsil verir. 
 
Təhsil ödənişləri Estoniyada, bakalavr və magistr təhsili üçün   1000-7500 avro arası dəyişir. Ən bahalı ixtisas proqramları tibb, hüquq, biznesin idarə edilməsi və sosial elmlərdir.  Estoniyada doktorantura təhsili üzrə bütün ixtisaslar ödənişsizdir.  Bunlardan əlavə, Estoniya universitetləri xarici tələbələrə müasir unikal sahələr üzrə ixtisaslar təklif edir: kibertəhlükəsizlik, elektron hökumət texnologiyaları və xidmətləri, rəqəmsal öyrənmə texnologiyaları və s. buna misaldır. Texnologiya o qədər inkişaf etmişdir ki, Estoniya əhalisi elektron cəmiyyətə çevrilmişdir., yəni hökümət-əhali münasibətləri, dövlət xidmətlərinin yerinə yetirilməsi, bütün ödənişlər elektron formada həyata keçirilir. Hətta, dünya üzrə ən çox istifadə olunan onlayn ünsiyyət platforması  SKYPE estonlar tərəfindən yaradılmışdır. 
 
 

Niyə Estoniyada təhsil almalıyam?

 
✓ Yüksək keyfiyyətli və müasir tədris metodlarıyla  təhsil almaq imkanınız var.
 Xarici tələbələr üçün çoxsaylı və əldə edilməsi çətin olmayan təqaüd proqramları mövcuddur. Əgər tam təqaüd proqramına qoşulsanız, Estoniyada pulsuz təhsil almaq üçün şans qazanırsınız.
 Universitetlər 150-dən çox İngiliscə ixtisaslar təklif edir.  Zəngin ixtisas bazasından  istədiyinizi seçə bilərsiniz. 
 Yaşam xərcləri və  təhsil ödənişləri cibinizə uyğun qiymətədir.
 Tələbələr oxuduqları müddətdə part-time işləyərək yaşam xərclərinin bir hissəsini qarşılaya bilərlər. Hətta universiteti bitirdikdən sonra xarici tələbələrin burada qalıb iş axtarmaları üçün 6 ay vaxt verillir.
  Estoniya universitet diplomları beynəlxalq arenada tanınır və seçilir.
 Zəngin və maraqlı tələbə həyatının bir hissəsinə çevriləcəksiniz.
 Estoniya yaşamaq, təhsil almaq və səyahət etmək üçün ən təhlükəsiz dövlətlərdən sayılır. 
 Yerli xalq oxumağı, rəqs etməyi, qaynayıb-qarışmağı çox sevir. Estoniyada oxuyarkən əhaliylə rahatca ünsiyyət quracaq, özünüzü “evinizdəki kimi”  hiss edəcək və əyləncəli vaxt keçirəcəksiniz.
 
 

Estoniyada təhsil almaq üçün hansı sənədlər tələb olunur?

 
 Ümumvətəndaşlıq pasportunun kopyası
 Bitirdiyiniz universitetdən bakalavr diplomu
 Universitetdən verilən və   fənn qiymətlərinizi göstərən akademik transkriptin kopyası 
 İngilis dili biliyinizi göstərən  IELTS sertifikatı: minimum 5.5 dərəcə  yaxud TOEFL IBT(internet-based  test): mimimum 72 dərəcə
 Rekomendasiya məktubu
 Motivasiya məktubu və s.
 
QEYD: Yuxarıda qeyd edilən  sənədlər şərtidir. Hər universitet öz daxili inzibati qaydalarına görə fərqli sənədlər tələb edə bilər.
 
 

Estoniyada yaşayış xərcləri

 
Estoniyada təhsil alan xarici tələbələr istəkdən asılı olaraq yataqxanalarda yaxud kirayə evlərdə qala bilərlər.  Yataqxanaların qiyməti  110-120 avro arası dəyişir. Tələbə yaşayacaq yer kimi yataqxananı seçərək 350 avro ilə aylıq xərclərini qarşılaya bilər.  Orta hesabla 300-500 avro ilə bir tələbə aylıq yaşam  xərclərini  ödəmə imkanında olur. 
Kirayə mənzillərin qiymətinə gəldikdə, şəhər mərkəzində bir nəfərlik kirayə ev – 462  avro, şəhər kənarında həmin mənzil 328 avro təşkil edir. 
 
Kommunal xərclərindən danışsaq, 85 m2 sahəsi olan mənzildə yaşasanız,  elektrik, istiliyin təmini, su, zibillərin daşınması daxil olmaqla aylıq 172 € kommunal  ödəniş tələb olunur.  İnternet-Wifi ödənişi aylıq 23 € məbləğindədir. 
 
Qida xərclərinə gəldikdə, gündəlik tələbat məhsullarının bəzilərinin qiyməti belədir: 1 litr süd – 0.74 €, 1 kq düyü – 1.45 €, 500 qr ağ çörək – 0.80 €, 12 ədəd yumurta – 1.54 €, 1 kq toyuq əti – 5.33 €, 1 kq mal əti – 8.84 €, 1.5 litr su isə 0.72 € qiymətindədir.
 
Əgər restorandan yemək sifariş versəniz, baha olmayan restoranda bir nəfərlik yemək sifarişi 8.00 €, orta səviyyəli restoranda 2 nəfərlik 3 kurs yemək 45.00 €, 0.33 litr su isə 1.40 € təşkil edəcək.
 
Nəqliyyat xərcləri – Tələbələr təhsil aldıqları ölkələrdə əsasən ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verirlər. Bir nəfərlik ictimai nəqliyyat bileti 1.50 €, aylıq gediş haqqı isə 23 € qiymətindədir. 1 km məsafəlik normal tarifli taksi qiyməti 0.65 € təşkil edir. Əgər şəxsi avtomobildən istifadə etsəniz, 1 litr  benzinin qiymətinin 1.36 € olduğunu nəzərdə saxlamalısınız.
 
Ümumiyyətlə təhsil keyfiyyətinin yükək olması, yaşam şərtlərinin tələbə büdcəsinə uyğunluğu, əhalinin qonaqvərpərliyi, təbiətin rəngarəngliyi və s. çoxsaylı faktorlar xarici tələbələrin Estoniyada təhsil almalarına geniş imkanlar yaradır.
 
Müasir standartlara uyğun və gələcək əmək bazarının tələbatlarına cavab verən tərzdə ali təhsil almaq istəyirsinizsə, Estoniya universitetləri Sizin üçün ən doğru seçim olacaq. Bunun üçün sadəcə bizə müraciət edin, “Oxford College” xaricdə təhsil mərkəzi olaraq Estoniyada təhsil almağınız üçün gərəkli bütün köməklikləri sevə-sevə göstərək.