YÖS Nədir?

YÖS – Yabancı Uyruklu Öğrenci Sınavı  xarici tələbələrin Türkiyə universitetlərinə qəbulu üçün universitetlər tərəfindən həyata keçirilən imtahandır.  YÖS imtahanları 1981-ci ildən etibarən keçirilməyə başlamışdır. YÖS imtahanları 2010-cu ilə  qədər ÖSYM(Ölçmə Seçmə  və  yerləşdirmə Mərkəzləri tərəfindən həyata keçirilmişdir. 2010-cu ildən etibarən isə YÖS imtahanları  ÖSYM  əvəzinə  universitetlərin özləri tərəfindən təşkil olunmağa başlamışdır. 

YÖS imtahanı 3 fənnin suallarına əsasən hazırlanır. 80 sualdan ibarət olan bu imtahanın sualları əsasən belə qruplaşdırılır: 35 riyaziyyat, 5 həndəsə və 60 sual İQ sualı olaraq təşkil olunur. Eyni zamanda da bu sualların rəqəmləri dəyişə də bilir. Yəni ki, universitetlərdən asılı olaraq, YÖS imtahanlarındakı  sualların 65-%- ni İQ  ilə  bağlı  olan suallar təşkil edir. YÖS  imtahanlarındakı imtahan  suallarını təşkil edən suallar əsasən 3 fənn bloku üzrə aparılsa da, bəzi universitetlər YÖS imtahanları çərçivəsində imtahan iştirakçılarına fizika kimya biologiya tarix coğrafiya kimi fənlərdən imtahan  sualları təqdim edir. YÖS imtahanlarında fənn blokları üzrə verilən suallar  YÖS imtahan iştirakçılarına  Türkiyə türkcəsində  və ingilis dilində olmaqla  iki dildə təqdim olunur.

YÖS imtahan iştirakçıları təqdim olunmuş fənlər üzrə verilən sualları cavablandırdıqdan sonra imtahan iştirakçılarının topladıqları ballar hesablanaraq dəyərləndirilmə aparılır. YÖS imtahan iştirakçılarının topladıqları ballara  uyğun

olaraq bakalavriat və magistratura səviyyəsi üzrə universitetlərə qəbulları həyata keçirilir. YÖS baza balları hər il müraciət edən şagird sayına və tələbələrin orta müvəffəqiyyətinə görə dəyişir.

YÖS imtahanında verilən orta müddət 90 ilə 120 dəqiqə arasında dəyişir. Əksər universitetlərdə  isə YÖS  imtahan müddəti   90 dəqiqədən artıq olmur. Tələbələrə ortalama bir YÖS imtahan sualına 1.12 dəqiqə vaxt ayırmaq imkanı yaradılır.

YÖS-ə müraciət

YÖS imtahanlarına müraciət etmək istəyən namizədlər ilk olaraq müvafiq universitetlərə ərizə təqdim etməlidirlər. YÖS-ə müraciət üçün ərizə qəbulu isə əsasən dekabr və may aylarında universitetlərin veb saytları vasitəsi ilə onlayn şəkildə aparılır. Müraciətlər haqqında ətraflı məlumat universitetlərin internet saytlarında elan olunur.  YÖS-ə müraciət üçün tələb olunan əsas sənədlərə isə aşağıdakılar daxildir:

✓Rəqəmsal foto, şəxsiyyət vəsiqəsi / passport

✓Diplom/ tələbə sertifikatı

✓ Akademik transkript

YÖS-ə müraciət üçün təqdim olunan universitetlərin siyahısı  isə hər il dəyişir. Lakin bəzi universitetlər  var ki, onlar daimi olaraq YÖS imtahanını həyata keçirir. Bu universitetlər əsasən, İstanbul, Cerrahpaşa, Marmara, Galatasaray, Yıldız Teknik, Ankara, Başkent, Ege, Dokuz Eylül, Anadolu, On Dokuz Mayıs, Akdeniz, Karadeniz Teknik, Trabzon, Selçuk, Çukurova, Uludağ, Mersin, Erciyes, Atatürk, Yüzüncü Yıl, Cumhuriyet, Celal Ba yar, Dumlupınar, Süleyman Demirel, Pamukkale, Uşak, Muğla, Alanya, İnönü, Gaziantep, Kocaeli, Karabük, Sakarya, Düzce, Kastamonu, Giresun universitetlər daxildir.

YÖS imtahanına ümumi müraciətlər isə  adətən daha çox  Mart- İyul ayları arasında olur. Bu aylar arasında universitetlər müraciət tarixlərini, imtahan vaxtlarını, qəbul yerlərini açıqlayırlar. 

YÖS nəticəsi ilə universitetlərə müraciət edəcək hər bir namizəd ən azı 40 bal toplamalıdır.

YÖS imtahanına müraciət üçün tələb olunan şərtlərə isə aşağıdakılar daxildir:

Dövlət xaricindəki vətəndaşlar və qaçqınlar da daxil olmaqla)   son bir ildə  Türkiyə universitetlərində və ya həmin universitetlərə bərabər bir məktəbdə təhsil almaq  və ya belə bir məktəb bitirmiş olmaq.

Seçmək istədikləri ali təhsil müəssisələrinin müəyyənləşdirdikləri qeyd şərtlərini yerinə yetirməlidirlər. Hər bir universitetin şərtləri dəyişə bilər.

YÖS imtahanının nəticələri – Universitetlərin Yekun qəbulu /Qeydiyyat nəticələri  YÖS imtahanlarından sonra təxminən 3 həftə ilə 6 həftə arasında elan olunur. Adətən nəticələr onlayn olaraq elan olunur.  Bəzi universitetlərdə isə qəbul edilən tələbələrin siyahısı universitetlərin web səhifəsində qeyd olunur. 

İmtahanlara müraciət üçün heç bir məhdudiyyət yoxdur. Yaşından və milliyətindən asılı olmayaraq hər bir tələbə YÖS imtahanlarında iştirak  etmək üçün  ərizə ilə müraciət edə bilərlər. Bundan əlavə, müxtəlif universitetlərin imtahanlarına dəfələrlə qatılmaq üçün heç bir məhdudiyyət yoxdur və tələbələr istədikləri qədər imtahan verə bilərlər. 

YÖS-ə  hazırlaşmaq üçün ən ideal seçim.

Təhsilini  Türkiyədə  davam etdirmək  istəyən xarici  tələbələr üçün YÖS  imtahanı çox  əhəmiyyətli imtahanlardan biri hesab olunur.  Dünya  üzrə YÖS imtahanına  hazırlaşan tələbələrin əksəriyyəti isə Azərbaycanın payına düşür. Bəs sizin üçün olduquca  vacib hesab edilən YÖS imtahanlarına necə hazırlaşmaq olar? Təhsil həyatınızı davam etdirmək yolunda ən əhəmiyyətli imtahanı hesab etdiyiniz YÖS imtahanlarına hazırlaşmaq üçün bizə müraciət edin. Bizim peşəkar komandamız sayəsində siz YÖS imtahanlarında istədiyiniz uğurlu nəticəni əldə edə biləcəksiniz. Xaricdə təhsil almış, illərin təcrübəsinə əsaslanan peşəkar mütəxəssislərimizlə siz YÖS imtahanları üçün lazım olan yetərli balı toplayaraq təhsil həyatınızın yeni mərhələsinə uğurlu addım atacaqsınız. Kursumuzun YÖS imtahanlarına hazırlaşmaq üçün təqdim etdiyi  xidmətlərə daxildir:

 Xaricdə təhsil almış peşəkar mütəxəssislər tərəfindən  keyfiyyətli tədrisin həyata keçirilməsi;

Tələbələrin istəyinə uyğun olaraq qrup və ya fərdi şəkildə dərslərin təşkil olunması;

 Dərslərin onlayn və ya offlayn şəkildə təşkil olunmasını sərbəst şəkildə seçmək imkanı.

Siz də təhsil həyatınız üçün ən önəmli imtahanlardan biri hesab olunan YÖS imtahanlarında ən yüksək nəticəni əldə etmək istəyirsinizsə, bizi seçərək YÖS imtahanlarında ön pilləyə keçin.

Üstünlüklərimiz

 Dərslərimiz İngiltərənin Oxford şəhərində yerləşən Oxford College tərəfindən sadəcə bizim üçün hazırlanmış xüsusi “British English Learning” proqramı əsasında keçirilir.

 Tələbələrin dil və digər biliklərinin inkişaf dinamikası hər ay xüsusi imtahan və test sistemi ilə idarəetmə heyəti tərəfindən valideynlərə təqdim olunur.

 Dərsləri tədris edən müəllimlərin işə götürülmə prosesi xüsusi test imtahanları əsasında bir neçə mərhələdən ibarət olmaqla və beynəlxalq sertifikasiya dərəcələrinə əsaslanaraq həyata keçirilir.

 Dünyanın ən qabaqcıl universietləri ilə partnyorluq edən xaricdə təhsil şöbəmiz tərəfindən tələbələrə xaricdə təhsil üzrə qeydiyyat prosesindən tutmuş qəbul prosesinə qədər bütün mərhələlərdə yaxından köməklik göstərilir.

Oxford YÖS kursu haqqında tez-tez soruşulan suallar

YÖS hansı tarixdən etibarən keçirilir?

YÖS (Xarici Tələbə İmtahanı) 1981-ci ildən bəri keçirilir.

Hər il neçə nəfər YÖS imtahanında iştirak edir?

2000-ci illərdə ildə ortalama 5000 nəfər YÖS (Xarici Tələbə İmtahanı) imtahanında iştirak etmişdi. Bu rəqəm 2007-ci ildə təxminən 6000 nəfərə, 2008-ci ildə təxminən 7000 nəfərə yüksəldi.

Hansı ölkələr YÖS-ə daha çox müraciət edirlər?

Müraciət edənlərin ölkələr üzrə bölgüsü hər il dəyişsə də, Azərbaycan, İran, Türkmənistan, Yunanıstan, Bolqarıstan və Almaniya pasportu olan namizədlər çoxluq təşkil edir.

YÖS imtahanına başvuru zamanı nə qədər pul ödəməliyəm?

İmtahanda iştirak üçün müraciət zamanı ödəməli olduğunuz məbləğ 50 dollar təşkil edir.

YÖS nəticəmdən razı deyiləm və yenidən yoxlanması üçün müraciət edə bilərəm?

Rəsmi bunun üçün imtahanın saytında olan ərizə formasını dolduraraq vaxtında aidiyyatı qurumlara göndərərək, imtahanınızın yenidən nəzərdən keçirilməsini təmin edə bilərsiniz