SAT Bloqu

Sat imtahan nəticəsi ilə Azərbaycanda təhsil almaq mümkündürmü ?
Türkiyə, ABŞ və Avropanın bəzi universitetlərində ingiliscə bakalavr təhsili almaq üçün əsas tələb Scholastic Aptitude Test yəni SAT-dır. Beynəlxalq sertifikatlaşdırma imtahanının ölkəmizdə də keçərli olduğu universitetlər mövcuddur.
Hal-hazırda SAT imtahanının nəticələri ilə tələbələr bütün dünya universitetlərində eləcə də Azərbaycanda Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və ADA Universiteti kimi təhsil ocaqlarında bakalavr dərəcəsi üzrə təhsil ala bilər.
Fakültələr üzrə keçid balı dəyişkəndir. Tibb, texnologiya və mühəndislik üzrə keçid balları daha yüksəkdir. Tibb üçün keçid balı 1400 təşkil etdiyi halda informatika və texnologiya üzrə bu bal 1350 bal ətrafı təşkil edir.
Qeyd edək ki, ADA universitetində hüquq fakültəsində təhsil alaq üçün SAT imtahanı keçərsizdir.Siz mütləq DİM-in qəbul imtahanından tələb edilən balı toplamalısınız.
SAT (Scholastic Aptitude Test) Amerika və Türkiyədəki universitetlərdə oxumaq istəyən xarici tələbələrin bu universitetlərə müraciət edərkən istifadə etdikləri imtahandır.
The College Board tərəfindən təşkil edilən SAT (Scholastic Aptitude Test) imtahanı Amerika universitetlərində təhsil almaq istəyənlər üçün ildə 7 dəfə, digər Avropa ölkələrində təhsil almaq istəyənlər üçün ildə 6 dəfə təşkil olunur. İmtahanlar ümumiyyətlə 2 ayda bir aparılır və müraciətlər və imtahanlara qeydiyyat müvafiq ölkələrdəki müraciət mərkəzləri və ya onlayn olaraq aparılır. İmtahanlarda iştirak məhdudiyyəti yoxdur. SAT imtahanlarının nəticələri 2 il müddətində qüvvədədir.
Bəzi Kanada və Avropa universitetlərində, xüsusən də ABŞ-da beynəlxalq etibarlılığı olan SAT imtahanı, təhsilini dünyanın elit universitetlərində davam etdirmək istəyən tələbələr üçün yaxşı bir fürsətdir. SAT imtahanından toplanılan yaxşı nəticə, hər hansı bir təhsil müəssisəsi tərəfindən tələbə profilində müsbət hal kimi qiymətləndirilir.
SAT kursları haqqında tez-tez soruşulan suallar
İmtahan gününü dəyişmək və ləğv etmək olarmı?
SAT imtahanında iştirak edən tələbələr test gününü 28 dollara dəyişə bilərlər. Unutmamalı olduğunuz əsas məqam isə dəyişikliyi yalnız testdən 14 gün əvvəl edə bilərsiniz. Testi 10 dollar geri qaytarmaqla da ləğv edə bilərsiniz. Ləğvlər yalnız testdən 4 gün əvvəl edilə bilər.
Hansı SAT balına ehtiyacım olduğunu necə bilə bilərəm?
Hər ali məktəb fərqli bir bal tələb edir və hədəf universitetinizin hansı bal istədiyini bizdən və yaxud onların öz saytlarından öyrənə bilərsiniz.
SAT imtahanı üçün qeydiyyat nə qədərdir?
SAT-ın qiyməti 47.50 ABŞ dollardır (Seçmə esse hissəsini də almaq istəyirsinizsə, qiyməti 64.50 dollar olacaq).
SAT imtahanını neçə dəfə verə bilərəm?
İstədiyiniz balı almaq üçün istədiyiniz qədər imtahan verə bilərsiniz. İmtahanda iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur.
SAT Testi nə qədər çəkir?
SAT testi təxminən 3 saat çəkir (istəyə bağlı yazı ilə 3 saat 50 dəqiqə). Epizodlar arasında 3 qısa fasilə var, bu vaxtdan şagirdlər rahatlamaq üçün yemək və içmək üçün istifadə edə bilərlər.
SAT testinə nə vaxt yazılmalıyam?
SAT formasını imtahandan ən az 1 ay əvvəl doldurmalı və imtahana yazılmalısınız.
SAT imtahanına nə vaxtdan hazırlaşmağa başlamalıyam?
Şagirdlərin çoxu SAT imtahanına 11-ci sinifindən başlayır. SAT imtahanı üçün hazırlıq ən azı 1 il əvvəl başlamalıdır.
SAT göstəricisi ilə Azərbaycanda bakalavr təhsili almaq olar?
Azərbaycanda Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və ADA Universiteti kimi təhsil müəssisələrində SAT nəticəsi ilə bakalavr dərəcəsi üzrə təhsil almaq mümkündür.
SAT imtahanına necə müraciət edə bilərəm?
SAT imtahanında iştirak etmək üçün müraciəti online formada edə biləriniz. Amma Türkiyədə və Amerikada çoxlu sayıda müraciət məntəqələri mövcuddur.
ABŞ universitetlərinə müraciət üçün SAT göstəricisi neçə il keçərlidir?
SAT nəticələri ümumiyyətlə ABŞ universitetlərinə müraciət zamanı 5 il müddətində etibarlıdır.
SAT imtahanında iştirak üçün hər hansı bir məhdudiyyət var?
Xeyr, SAT imtahanında hər kəs istədiyi qədər iştirak edə bilər.