Bizim Komanda

ƏLƏKBƏRLİ FƏRİDƏ

Mərkəzimizdə General English, IELTS, azyaşlıların öyrətimi (Kids) üzrə müəllim kimi çalışır. 4 illik peşəkar təcrübəyə malikdir. IELTS 7.0 və TKT Module 1 (Teaching Knowledge Test) beynəlxalq qiymətləndirmə sertifikatlarına sahibdir. Tələbələrlə aktiv ünsiyyətdə olmağı və qarşılıqlı öyrənməyi sevir. 

DADAŞOV ANAR

“General English” və “Business English” üzrə mütəxəssisimiz Anar bəy  8 illik peşəkar müəllimlik  təcrübəsi boyunca “ingiliscə başa düşürəm, amma danışa bilmirəm” deyənlərə belə ingilis dilini öyrədir.  Proaktivlik  və ünsiyyətcilliyi ilə tələbələrimizin ingilis dilini öyrənə bilməmək problemini həll edir.

QULİYEVA FATİMƏ

Tanış olun! Kursumuzun peşəkar SAT Math müəllimi Quliyeva Fatimə. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində almışdır.

Fatimə müəllimə artıq 3 ildən artıqdır ki Riyaziyyatın bir çox sahələrinin tədrisi ilə məşğuldur:
????SAT Math Level 1
????SAT MATH Subject
????lB Matg
????Yös Mathematics

Aşağıdakı Ali riyaziyyat sahələri:
????Calculus
????Linear Algebra
????Differential Equations

Fatimə müəllimənin bir çox tələbəsi ABŞ, Niderland, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərindən qəbul qazanmışdır.

MUSAYEVA ELMİRA

Dəyərli tələbələrimizi  IELTS, TOEFL, SAT Verbal kimi beynəlxalq dərəcəli imtahanlara  hazırlaşdırır. IELTS 7.0 beynəlxalq dil sertifikatına malikdir. 4 illik iş  təcrübəsində gənclərin  beynəlxalq sertifikat imtahanlarında yüksək nəticələr qazanaraq xaricdə təhsil almaları üçün əlindən gələni edir. 

ALİYEVA ZAMİRA

3 illik peşəkar karyerası ərzində General English, IELTS, TOEFL, SAT Verbal, Kids(azyaşlıların öyrətimi) üzrə ixtisaslaşmışdır. IELTS 7.0  beynəlxalq dil sertifikatına malikdir. Tələbələrin öz potensiallarını maksimum ortaya qoyaraq imtahanlarda əhəmiyyətli nəticələr əldə etməsinə çalışır.