Ukraynada Təhsil
Hər il minlərlə azərbaycanlı tələbələr ali təhsil almaq üçün Ukrayna Respublikasını seçirlər. Zəngin təhsil-tədris təcrübəsi, çoxsaylı ixtisas seçimi imkanlarının olması, keyfiyyətli təhsil və s. əsaslı faktorlar gənclərin bu ölkədə ali təhsil almalarına şərait yaradır. Ukrayna təhsil sistemi haqqında danışmazdan əvvəl, gəlin ölkə barədə qısa məlumatla tanış olaq:
Ukrayna Şərqi Avropanın çoxəsrlik tarixə malik olan dövlətlərindən biridir. Ölkə bir tərəfdən Azov, digər tərəfdən Qara dənizlə əhatələnib, ona görə də iqlimi kifayət qədər mülayim və əlverişlidir. Pyatxt Kiyev, Xarkov, Odessa, Poltova ən məşhur şəhərlərdəndir. Pul vahidi qrivnadır (1 $ =27 qrivna). Ukrayna zəngin mədəniyyət, dini və incəsənət taixinə malikdir. Dövlət dili ukrayna dilidir və slavyan dil qrupuna daxildir. Ölkədə ikinci ən çox işlədilən dil rus dilidir.
Ukrayna təhsil sistemi
1991-ci ildən müstəqilliyini əldə edən Ukraynada müasir təhsil sistemi Sovet dövründəkindən xeyli fərqlidir. SSRİ sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda, bu gün Ukrayna Respublikasında məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradılmışdır. Bu nüans Ukraynanı Avropa təhsil sisteminə yaxınlaşdırır. Bundan əlavə Ukraynada özəl təhsil müəsssisələrin yaradılması təhsil keyfiyyətinin artmasına şərait yaratdı. Ukrayna əhalisinin 99.4%-i savadlıdır. Ölkədə 800-ə qədər ali təhsil müəssisəsi var. Ukrayna “Ali Təhsil və Elmlər Nazirliyi” tərəfindən universitet təhsilinin keyfiyyətinə ciddi nəzarət edilir. Universitetlər Sentyabrın 1-i başlayır, iyunun 31-də bitir və iki semestrdən ibarətdir. Dövlət universitetlərinin 54.9%-i pulsuz təhsil təklif edir. Bakalvr təhsili 4 il davam edir.
Universitet ödənişləri seçdiyiniz ixtisas proqramından asılı olaraq 1200 $-dan 5000 $-a qədər davam edir. Təqaüd proqramlarına qəbul olsanız, Ukraynada pulsuz təhsil ala bilərsiniz.
Ukrayna universitetlərinə qəbul olmaq üçün şərtlər,prosedurlar çətin deyil. Hətta xarici dil biliyinizi göstərən beynəlxalq sertifikatlar demək olar ki, tələb olunmur. Yəni, sadəcə attestatla Ukraynada təhsil almaq imkanına sahibsiniz.
Bəs hansı səbəblərə görə Ukraynada təhsil almalıyam?
- ✓ Keyfiyyət qarantiyası verən təhsil
- ✓ Ukrayna diplomları bir çox ölkələrdə, o cümlədən Azərbaycanda rəsmən tanınır.
- ✓ Tələbələr təhsil müddətində digər Avropa ölkələrində seminar, təlim və layihələrdə iştirak etməklə sosiallaşa, eyni zamanda zəngin təcrübə qazana bilərlər.
- ✓ Müəllim-professor heyətinin çoxu Avropa ölkələrindən dəvət edilən mütəxəssislərdir.
- ✓ Tədris sistemində nəzəriyyə ilə bərabər, praktikaya da geniş önəm verilir.
- ✓ Yaşam xərcləri və universitet ödənişləri bir çox Avropa ölkələrindən sərfəlidir.
- ✓ TOEFL yaxud IELTS sertifikatı tələb olunmur. Orta səviyyə ingilis dili biliyi ilə təhsil ala bilərsiniz.
- ✓ Universiteti bitirdikdən sonra həm Ukraynada, həm də öz ölkəmizdə karyera imkanlarınız artacaq
- ✓ Təhsil müddətinin sonunda Avropada daimi yaşayış və vətəndaşlıq üçün şans qazanacaqsınız.
Ukraynada təhsil almaq üçün hansı sənədlər tələb olunur?
- rta məktəbi bitirdiyinizi göstərən attestat
- Orta məktəb fənnlərindən bilik dərəcənizi göstərən Transkript
- Xarici pasport (əsli)
- Doğum haqqında şəhadətnamə
- Tibbi arayış forma – 86 (əsli) və ukrayna dilinə tərcüməsi (1 ədəd)
- 18 yaşına çatmayan şəxslərin notariusdan xaricə getmək üçün valideyn icazəsi
- 12 ədəd 3*4 ölçüdə sənəd şəkli
- Şəkilli tibbi arayış
- Magistr təhsili üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
- Universitetdən verilmiş rəsmi transkript
- Xüsusi xəstəliklər üçün tibbi arayış (Hepatit B,C, malyariya, QİÇS infeksiya)
QEYD: Yuxarıda qeyd olunan sənədlər ümumi tərkibdədir. Müracət edilən universitetlərdən asılı olaraq müxtəlif sənədlər tələb edilə bilər.
Ukraynada yaşayış xərcləri
Ukraynada yaşam xərcləri qonşu Rusiya və digər Avropa ölkələrinə nisbətən daha aşağıdır. Bir tələbə 200-300 $ pulla həm cibxərcliyini, həm də yataqxana ödənişini qarşılaya bilər. Əksər tələbələr təhsil dövründə işlədikləri üçün, xərclərin qarşılanması daha asan başa gəlir.
Tələbəlik müddətində kirayə mənzillərdə yaşamaq istəsəniz, şəhər mərkəzində 1 nəfər üçün kirayə ev – 310 $, şəhər kənarında eyni mənzil 208 $ təşkil edir. Şəhər mərkəzində 3 nəfərlik kirayə evlər 558 $, şəhər mərkəzindən kənarda isə 360 $ qiymətindədir.
Kommunal xərclər – 85 m2 sahəsi olan mənzildə yaşasanız, elektrik, ev istiliyinin təmin edilməsi, su, zibillərin daşınması daxil olmaqla, 96 $ ödəməli olacaqsınız. Ayrıca aylıq İnternet-Wifi ödənişi 5 $, 1 dəqiqəlik yerli mobil paket 0.04 $ təşkil edir.
Qida xərcləri – Ukraynada satılan məhsullar əsasən yeli istehsal olduğundan, marketlərdə qiymətlər aşağıdır. Məsələn, çox istifadə olunan gündəlik tələbat məhsullarından 500 qr çörək – 0.48 $, 12 ədəd yumurta – 1.05 $, 1.5 litr su – 0.47 $, 1 kq mal əti 5.36 $, 1 litr süd – 0.90 $, 1 kq toyuq əti – 3.71 $, 1 kq kartof – 0.49 $ və s. qiymətindədir. Əgər yeməyi restorandan sifariş etmək istəsəniz, ucuz restoranda bir nəfərlik yemək – 5.16 $, orta səviyyəli restoranda 2 nəfərlik 3 kurs yemək 22.09 $, 0.33 litr su isə 0.37 $ təşkil edir.
Nəqliyyat xərcləri – Ukrayna Avropa məkanında ən yaxşı nəqliyyat sisteminə malik olan ölkələrdəndir. Universitetlər tərəfindən xarici tələbələrə ictimai nəqliyyat güzəştləri təklif edilir. Ümumiyyətlə götürsək, bir nəfərlik ictimai nəqliyyat bileti 0.26 $, aylıq gediş haqqı isə 11.05 $ qiymətindədir. Əlavə olaraq 1 km-lik məsafədə taksi qiyməti normal tariflə 0.26 $, 1 saatlıq taksi qiymtəi isə 2.95 $ təşkil edir. Ayrıca şəxsi avtomobildən istifadə etsəniz, 1 litr benzinin qiyməti 1.07 $ civarındadır.
İstirahətiniz üçün əlavə xərc çəkmək istəsəniz, bir nəfərlik kinoya bilet 3.68 $ qiymətindədir. Ayrıca fitnes kluba aylıq abunəlik haqqı bir nəfər üçün 17.55 $ təşkil edir.
Zəngin və keyfiyyətli təhsil təcrübəsinə malik olan Ukraynada təhsil alaraq Avropaya qapı açmaq və karyera imkanlarınızı əhəmiyyətli dərəcədə genişləndirmək istəyirsinizsə, elə indi bizə müraciət edin, “Oxford College” xaricdə təhsil mərkəzi olaraq Ukraynada ali təhsil almağınız üçün gərəkli olan bütün aspektlərdə köməklik göstərək.