Tez-Tez Soruşulan Suallar
YÖS hansı tarixdən etibarən keçirilir?
YÖS (Xarici Tələbə İmtahanı) 1981-ci ildən bəri keçirilir.
Hər il neçə nəfər YÖS imtahanında iştirak edir?
2000-ci illərdə ildə ortalama 5000 nəfər YÖS (Xarici Tələbə İmtahanı) imtahanında iştirak etmişdi. Bu rəqəm 2007-ci ildə təxminən 6000 nəfərə, 2008-ci ildə təxminən 7000 nəfərə yüksəldi.
Hansı ölkələr YÖS-ə daha çox müraciət edirlər?
Müraciət edənlərin ölkələr üzrə bölgüsü hər il dəyişsə də, Azərbaycan, İran, Türkmənistan, Yunanıstan, Bolqarıstan və Almaniya pasportu olan namizədlər çoxluq təşkil edir.
YÖS imtahanına başvuru zamanı nə qədər pul ödəməliyəm?
İmtahanda iştirak üçün müraciət zamanı ödəməli olduğunuz məbləğ 50 dollar təşkil edir.
YÖS nəticəmdən razı deyiləm və yenidən yoxlanması üçün müraciət edə bilərəm?
Rəsmi bunun üçün imtahanın saytında olan ərizə formasını dolduraraq vaxtında aidiyyatı qurumlara göndərərək, imtahanınızın yenidən nəzərdən keçirilməsini təmin edə bilərsiniz