İngiltərədə Təhsil

Böyük Britaniya  Avropa qitəsinin şimal-şərqində yerləşən və iqtisadi inkişafına görə dünyada öncül sıralarda olan ada-dövlətdir. Buraya, İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiya ölkələri daxildir. Böyük Britaniyada 165-ə qədər universitet və ali təhsil institutu fəaliyyət göstərir. Əsrlərlə formalaşan universitetləşmə tarixi ilə  Böyük Britaniya universitetlərinə hər il 500 mindən çox xarici tələbə bakalavr və magistr təhsili almaq üçün üz tutur. Mükəmməl, yüksək keyfiyyətli təhsil sistemi və dünya reytinqli yüzlərlə universitetlər xarici tələbələrə zəngin təhsil təcrübəsi verir.  Tələbələr təhsil aldıqları müddətdə akademik dərslərlə yanaşı, zəngin və rəngarəng İngiltərə tarixi, mədəniyyəti, adət-ənənələri  haqqında ətraflı biliklərə yiyələnirlər.

İngiltərədə təhsil sistemi ilə bağlı onu qeyd etməliyik ki, orada orta məktəb 13 il olduğundan, britanlar yalnız belə məktəbləri bitirəndən sonra bakalavr təhsili ala bilirlər. Ancaq Azərbaycanda orta məktəblərdə təhsil müddəti 11 il olduğuna görə azərbaycanlı tələbələr İngiltərədə birbaşa bakalavr təhsili üçün müraciət edə bilmirlər. Arada təhsil müddətində 2 il fərq yaranır deyə, azərbaycanlı tələbələlər kolleclərdə və ya məktəblərdə ingilis vətəndaşları kimi 2 illik A-level adlı proqrama qatılmalıdır. Siz A-level proqramı götürmək istəyirsinizsə, Azərbaycanda yox, elə İngiltərənin özündə götürməyiniz məsləhətlidir. Çünki Azərbaycanda götürülən A-level proqramıyla Britaniyanın 1-2 ən reytinqli universitetlərindən başqa, yalnız orta və daha aşağı səviyyəli təhsil müəssisələrinə qəbul ola bilərsiniz. İngiltərədə A-levelin götürməyin üstünlüyü odur ki, Siz  daima İngilis dilli mühitdə olacaqsınız, İngilis dilinizi  akademik səviyyədə mükəmməlləşdirəcəksiniz. İki il ərzində seçəcəyiniz ixtisasa uyğun baza fənlərinə daha yaxşı yiyələcəksiniz və  Böyük Britaniyanın sayılıb seçilən və dünya tərəfindən tanınan A-level proqramlarına qoşulacaqsınız. Çətinlik dərəcəsinin az və ya çox olmasından asılı olmayaraq, əsas sonda qazanacağınız nəticəyə fokuslanın, oxumaq istədiyiniz universitetin perspektivinə və qazandığınız biliklərə önəm verin.

Böyük Britaniyada universitetlərə qəbul 18 yaşından etibarən başlanır. Bakalavr təhsili 3-4 il davam edir. Bəzi ixtisaslarda oxumaq üçün iş təcrübəsi lazımdır. Məsələn, dizayner, memar kimi praktiki ixtisaslarda oxumaq istəyən tələbələr əvvəlcə kurslar keçməli, təcrübə qazanmalıdır. İngiltərədə magistr təhsili əsasən 1 il davam edir. Bakalavr və magistr təhsili almaq  istəyən tələbələr üçün minimal ingilis dili tələbləri IELTS 6.0-6.5 və TOEFL 80 göstəriciləridir.

Bəs, nəyə görə İngiltərədə təhsil almağa dəyər?

1. Dünya miqyasında tanınma – Böyük Britaniya  universitetləri akademik dərəcələrinə və ixtisas seçimlərinə görə dünya çapında ən keyfiyyətli, qabaqcıl universitetlərdən sayılır. Bu standart Oksford, Kembric kimi qədim tarixə malik olan universitetlərlə yaranıb, bu gün çoxsaylı yeni universitetlər və kolleclərlə davam etdirilir. Nəticədə Britaniya təhsil müəssisələrinin diplomları qlobal  səviyyədə tanınır.

2. Nisbətən aşağı səviyyəli təhsil ödənişləri – Böyük Britaniya  universitetlərində bakalavr təhsili 3 il, magistr təhsili isə 1 yaxud 2 il davam edir.  Avropa İttifaqı  ölkələrindən olmayan xarici tələbələr Aİ-na daxil olanlar ölkələrlə müqayisədə az güzəştlərə sahibdir. Bundan əlavə qlobal iqtisadi sistemin güclənməsiylə Britaniyada həyat standartları bahalaşmışdır. Buna baxmayaraq, Böyük Britaniya  universitetləri beynəlxalq rəqabət davamlılığını qorumaq məqsədilə xarici tələbələrə təhsil ödənişlərində əhəmiyyətli güzəştlər edir. Ayrıca tədris müddətlərinin digər ölkələrə nisbətən qısa olması təhsil ödənişlərinin və yaşayış xərclərinin azalmasına yardım edir.

3. İş imkanları – Böyük Britaniya  universitetlərində xarici tələbələrin gəlir əldə etmələrinə dəstək olmaq üçün semestr ərzində həftəlik 20 saat, semestr bitdikdən sonra isə tam gün  işləmələrinə icazə verilir.  Tələbə işə başlamazdan əvvəl beynəlxalq əlaqələr üzrə məsləhətçi ilə görüşməlidir ki, iş icazəsində və visa mərhələlərində problem yaşanmasın.

4. Scholarships/Loans – Böyük Britaniya  təhsil müəssislərində xarici tələbələr üçün çoxsaylı təqaüd proqramları və tələbə kreditləri mövcuddur. İxtisasınıza və müraciət etdiyiniz proqrama uyğun təqaüd qazanmaqla İngiltərədə pulsuz  təhsil almaq şansı əldə edə bilərsiniz.

5. Avropa əlinizin altında olacaq – Bir neçə saatlıq qatarla yaxud birbaşa uçuşla Avropanın digər ölkələrinə səyahət edə bilərsiniz.

6. Zəngin mədəniyyət və tarix – Böyük Britaniyanın  unikal və çoxşaxəli mədəniyyəti, dəyərləri, tarixi ilə yaxından tanış olmaq üçün əvəzolunmaz fürsət qazanırsınız

Böyük Britaniyada təhsil almazdan qabaq nələri bilməliyəm?

  İngiltərə kollec və universitetləri  xarici tələbələrə bakalavr təhsili üçün 50 000-dən çox ixtisas üzrə təhsil almaq üçün imkan yaradır.
  Yaşam xərcləriniz təhsil alacağınız universitetin yerləşdiyi əraziyə uyğun olacaq. Əgər London, Mançester, Birminqem kimi böyük şəhərlərdə oxusanız, orada qiymətlər daha bahadır.
✓  Bir çox xarici tələbələr Böyük Britaniyada  təhsil almaq üçün əvvəlcə təhsil vizası əldə etməlidirlər. Burada iş icazəsi prosedurları vardır və İngilis dilini akademik səviyyədə bildiyinizi sübut edən sertifikatlar gərəklidir.
✓  Bəzi universitetlər ana dili ingilis dili olmayanlar üçün əlavə beynəlxalq  dil sertifikatları və  ingilis dilini təsdiqləmək üçün test imtahanında iştirak etməyi tələb edə bilər.

Müraciət üçün hansı sənədlər tələb olunur?

İngiltərədə yaşam xərcləri

İngiltərə universitetlərində oxumaq  istəyən tələbələr əvvəlcə bu ölkədə yaşayış xərcləri haqqında araşdırma etməlidir. İngiltərədə yaşayış yerlərinin qiyməti Sizin hansı bölgədə yaşamaq istəyəcəyinizdən asılı olaraq dəyişir. Bir tələbə üçün ortalama yaşam xərci 800-1000 £ (funt sternliq) təşkil edir. Gəlin ortalama yaşayış məskənlərinin müqayisəli qiymətlərinə baxaq:

Orta aylıq ödəniş London Digər şəhərlər
Universitet yaşayış yerləri 727 £ (funt-sterlinq) 515 £ (funt-sterlinq)
Şəxsi evlər 848 £ (funt-sterlinq) 505 £ (funt-sterlinq)

 Bundan əlavə communal xərclər (utility bills)  paytaxt londonda təxminən 45 £, digər şəhərlərdə isə 40 £ təşkil edir. Universitetdə oxuyarkən yaşayış yeri məsələsinə gələndə burada 3 növ yer mövcuddur. Halls of residence adlanan və ucuz, rahat və kampusa yaxın məskənlər daha əlverişlidir. Buranın daha bir üstünlüyü qida və kommunal xərclərinin ödənişə daxil olmasıdır. Private Halls of residence adlanan yaşayış məskənləri təhsil müəssisəsi tərəfindən yox, özəl qurumlar tərəfindən icarəyə verildiyindən, otaq yoldaşlarınız öz universitetinizdə oxuyan tələbələr olmaya bilər. Burada bir nüansı nəzərdə saxlamalısınız ki, aylıq olaraq müəyyən miqdarda dövlətə “council tax” adlanan vergi verməli olacaqsınız. Bu ödəniş tullantıların yığılmasına, yolların təmirinə və s. xərclənəcək. Share/rent flat – Əgər “Private halls”larda  yaşamaq istəməsəniz, kirayə evlərdə qalmaq mümkündür. Belə evləri təkbaşına yaxud digər tələbələrlə ortaq şəkildə kirayəyə götürə bilərsiniz.

Nəqliyyat xərclərinə gəldikdə, xarici tələbələr üçün güzəştlər, endirimlər mövcuddur. Şəhəriçi nəqliyyatda piyada və velosipedlə gəzməkdən başqa, avtobus və qatarlarla endirimli şəkildə səyahət edə bilərsiniz. Bunun üçün “railcard” adlanan  tələbə güzəşt kartını əldə etməlisiniz. Şəhərlərarası  daha ucuz qiymətə səyahət etmək istəsəniz  xarici tələbələr üçün hazırlanan “səyahət kartı” (travel card) əldə etməli olacaqsınız. 

Bəzi şəhərlərdə aylıq nəqliyyat xərclərilə tanış olaq:

Şəhərin adıAylıq nəqliyyat xərci
London56 £
Mançester
47 £
Birminqem
45 £
Leeds
43 £

İngiltərədə qida xərclərindən danışsaq, həftəlik supermarket alış-verişinizi əvvəlcədən planlaşdırmalı, yazmalısınız. Bəzi gündəlik tələbat məhsullarının qiymətlərinə nəzər salaq: Çörək ( 1 paket – 0.71 £); Süd ( 1.13 litr – 0.81 £); Toyuq əti ( 300 qr. – 1.57 £); Yumurta ( 6 ədəd – 1.51 £); Düyü ( 1 kq – 1.51 £); Maye yağ (1 litr – 1.11 £); Su ( 1.15 litr – 0.81 £) və s.

Bildiyimiz kimi, universitet həyatı ancaq dərs, kitab, imtahanlardan ibarət deyil. Öz asudə vaxtınızı maraqlı keçirmək üçün əyləncə və istirahətinizə pul xərcləməlisiniz. İngiltərədə ortalama  əyləncə üçün xərclər bu cürdür: Kinoya bilet – 10.12 £; Konsert və teatra bilet –   50.57 £; İki nəfərlik restoran qiyməti – 40.46 £.

İnternet və telefon xərcləri isə bir aylıq müddət üçün belədir: İlkin ödənişli SIM paketi – 10.12 £;  TV+WİFİ paketi – 50.54 £; Netflix -8.10 £; Zənglə danışıq xərcləri – 0.15-0.46 £ .

Qeyri-qida məhsullarından birdəfəlik geyim – 30.34 £; ev işləri üçün əşyalar – 30.34 £; bədənə qulluq vasitələri (şampun, sabun, diş məcunu) – 20.23 £  təşkil edir. 

İngiltərə universitetləri, təhsil sistemi, sosial həyatı və yaşayış xərcləri haqqında ətraflı məlumat əldə etdikdən sonra İngilətərədə təhsil almaq haqda düşünməyə nə deyirsiniz?

Zəngin mədəniyyətə, təhsil təcrübəsinə və tarixə malik olan İngiltərədə  təhsil alaraq dünya standartlarına uyğun elmi  təcrübə qazanmaq istəyirsinizsə, sadəcə bizə müraciət edin, “Oxford College” xaricdə təhsil mərkəzi  olaraq uğurlu gələcəyinizi inşa etməkdə Sizə  dəstək olaq!