Türkiyədə Təhsil

Türkiyə Respublikası  Azərbaycanlı tələbələrin ali təhsil alması üçün ən rahat, ideal və uyğun  universitetlər təklif edir.  Hər il on minlərlə  Azərbaycanlı yeniyetmə və gənclər  beynəlxalq təhsil təcrübəsi  qazanmaq üçün qardaş ölkə Türkiyəyə üz tutur. Keyfiyyətli təhsil, universal ixtisas seçimi, zəngin tələbə həyatı, əhalinin qonaqvərpərliyi və mehribanlığı kimi faktorlar tələbələrimizin təhsil almaq məqsədilə Türkiyəni seçməsinə şərait yaradır.  

Niyə azərbaycanlı tələbələr təhsil almaq üçün Türkiyəni seçir?

  •   Yüksək keyfiyyətli təhsil verən universitetlər, dünya reytinqində ilk 1000 universitetdən 18-i Türkiyə universitetləridir.
  •   İnkişaf edən iqtisadiyyat və sosial həyat tələbələrə gələcək karyera inkişafları üçün böyük imkanlar yaradır.
  •   Hərtərəfli bağlılığımız, mədəniyyət,dil, adətlərimiz və milli-mənəvi dəyərlərimizin oxşarlığı tələbələrin bu ölkəyə uyğunlaşmalarına və özlərini rahat hiss etmələrinə müsbət təsir edir.
  •   Yaddaşlardan silinməyəcək tələbə həyatı, tələbələrə dövlət tərəfindən ümumi tələbə  xərcləri cəhətdən bir çox güzəştlərin edilməsi
  •   Tələbə büdcəsinə uyğun təhsil haqqı və yaşayış xərcləri
  •   Çoxsaylı və rəngarəng ixtisas proqramlarından istədiyinizi seçmə imkanı
  •   Universitetlərə qəbul prosedurunun çox rahat və tez bitməsi
  •   Türkiyə diplomları 30-dan çox dünya ölkələrində, o cümlədən Azərbaycanda tanınır.
  •   Əgər tələbələr arzu etsə, ingilis dilində bir çox ixtisaslarda  təhsil ala bilərlər.
  •   Təqaüdlərin çoxluğu və onları əldə etmək imkanlarının əlverişli olması

Türkiyə universitetləri haqqında

Türkiyə Respublikasında 2020-ci il statistikalarına görə 206 universitet vardır ki, onlardan 129-u dövlət, 77-si özəldir. 2008-ci ildə  “Yeni universitet yaradılması haqqında qanun”a görə ölkənin hər bölgəsində ən az bir dövlət universiteti vardır. Türkiyədə təhsil qiymətləri universitetin statusundan, yəni dövlət yaxud özəl olmasından asılı olaraq dəyişir. Türkiyə dövlət universitetlərində xarici tələbələr üçün  təhsil  ödənişləri 200-950 AZN  arası dəyişir. Təhsil ödənişləri digər ölkələrə nisbətən olduqca ucuz və sərfəli olsa da,  təhsil keyfiyyəti bir çox ölkə universitetlərindən yüksəkdir. Hətta  tələbələrin təhsil haqqını iki hissəyə bölüb 6 aydan bir ödəmək şansı var.

Özəl universitetlərdə illik təhsil ödənişləri isə 4250-25500 AZN arası  olur.

Türkiyədə təqaüdlü təhsil almaq üçün burslara, yəni təqaüd proqramlarına müraciət edə bilərsiniz. Göstəriciləriniz yüksəkdirsə, təqaüd qazanmaq şansınız çoxalır.

Türkiyə univeristetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?

Əgər “Türkiyədə təhsil almaq üçün nə etməli?” deyə maraqlanırsınızsa, universitet və ixtisas araşdırması etdikdən sonra tələb olunan sənədləri toplamağa başlamalısınız. Əsas lazım olan sənədlər bunlardır:

  •   Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən Attestat
  •   9,10,11-ci siniflər üzrə qiymət cədvəli (Transkript)
  •   Magistr təhsili üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
  •   8 ədəd 3*4 sm ölçüdə sənəd şəkli
  •   8 ədəd 4.5*6 sm ölçüdə sənəd şəkli
  •   Türkiyədə ingilis dilində təhsil almaq üçün TOEFL və SAT imtahan göstəricisi
  •   Şəxsiyyət vəsiqəsi
  •   Ümumvətəndaşlıq pasportu
  •   Sağlamlıq haqqında şəkilli arayış
  •   18 yaşınız tamam olmayıbsa, o zaman notariusdan ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsi

QEYDUniversitetlərin daxili qaydalarına əsasən əlavə sənədlər tələb oluna bilər.

Türkiyədə yaşayış xərcləri

Xarici tələbələri əsas maraqlandıran nüans təhsil alacaqları ölkədə yaşayış yeri məsələsidir. Türkiyə dövlət universiteti  yataqxanalarında azərbaycanlı tələbələr üçün  universitetin ilk illərindən qalmağa boş yerlər mümkün olmur, ona görə də tələbələr müəyyən müddət yataqxana növbələrində gözləməli olurlar. Bu səbəbdən,  tələbələr çox zaman özəl yataqxanalar və kirayə evlərdə qalır.  Yataqxanaların qiyməti 130  manatdan başlayır. Yaşayış yerinin qiyməti evin şəratindən, yaşayacağınız şəhərdən, evlə universitet arasındakı məsafədən asılı olaraq dəyişir.  Kirayə evlərin qiyməti şəhər mərkəzində bir nəfərlik 415 AZN, şəhər kənarında isə 257 AZN-dir. 3 nəfərlik kirayə mənzil isə şəhər mərkəzində 704 AZN, şəhərətrafı yerlərdə isə 437 AZN təşkil edir.

Kommunal xərclər – əgər ortalama sahəsi 85 m2 olan bir mənzildə yaşasanız, su, elektrik, istilik, zibillərin daşınması daxil olmaqla 118 AZN aylıq kommunal  ödənişi etməli olacaqsınız. Aylıq internet-Wifi ödənişi isə 25 AZN təşkil edir. 1 dəqiqəlik ilkin ödənişli yerli mobil tarif  0.19 AZN qiymətindədir.

Qida xərcləri –  Təhsil müddətinin adətən ikinci ilindən dövlət universitetləri yataqxanalarında xarici tələbələr üçün boş yerlər yarana bilər. Bu zaman dövlət universiteti yataqxanaları xarici tələbələri  gündəlik 2 dəfə yeməklə təmin edir. Əgər özəl yataqxanalarda yaxud kirayə mənzillərdə yaşasanız, qidalanma üçün  əlavə xərc çəkəsi olacaqsınız. Ortalama qiymətlər əsasən gündəlik tələbat məhsulları üçün belədir: 1 litr süd – 1.27 AZN, 12 ədəd yumurta – 2.79 AZN, 500 qr ağ çorək – 0.64 AZN, 1.5 litr su – 0.52 AZN, 1 kq mal əti – 15.54 AZN, 1 kq toyuq əti – 5.17 AZN və s. təşkil edir. Əgər restoroandan sifariş vermək istəsəniz, ucuz restoranda bir nəfərlik yemək sifarişi – 6.20 AZN, orta səviyyəli restoranda 2 nəfərlik 3 kurs yemək –  25 AZN, 0.33 litr su isə 0.35 AZN qiymətindədir.

Nəqliyyat xərcləri – Dövlət universitetləri tərəfindən xarici tələbələrə nəqliyyat xərcləri cəhətdən dəstək göstərilir(aylıq endirimli ictimai nəqliyyat biletləri, güzəştli tələbə kartları və s.). Ümumiyyətlə ölkədə  1 nəfərlik ictimai nəqliyyat bileti 0.87 AZN, aylıq gediş haqqı 52 AZN təşkil edir. 1 km məsafəlik Taksi qiyməti 0.84 AZN-dir. Əgər şəxsi avtomobil istifadə etsəniz, 1 litr benzinin qiyməti 1.66  AZN təşkil edir.

Əgər sağlam olmaq və formada qalmaq istəyirsinizsə, fitnes klublara aylıq abunə ola bilərsiniz. Bu zaman ortalama 40.28 AZN ödəməli olacaqsınız. İstirahət və əyləncə üçün kinoteatra gedəcəksinizsə, 1 nəfərlik biletin qiyməti 6.20 Azn-dir.

Sərfəli qiymətlərlə beynəlxalq standartlara uyğun, yüksək keyfiyyəli təhsil almaq istəyirsinizsə, Türkiyə universitetəri Sizin yolunuzu gözləyir. Bunun üçün sadəcə bizə müraciət edin, “Oxford College” xaricdə təhsil mərkəzi olaraq, qardaş ölkə Türkiyədə arzu etdiyiniz universitetdə ali təhsil almağınız üçün hər cürə köməklik göstərək.