Oxford YÖS kursu

YÖS

Mərkəzimizin təklif etdiyi YOS kurslari ilə YÖS imtahanından yüksək nəticə əldə edib, Türkiyədə təhsil alın. 

Azərbaycanlı tələbələrin keyfiyyətli təhsil üçün üz tutduğu ölkələr arasında ilk sıralarda məhz qardaş ölkə Türkiyə qərarlaşır.

Türkiyədə bakalavr təhsili almaq arzuzunda olan tələbələrin ən çox üstünlük verdiyi Türkiyədə təhsil proqramlardan biri YÖS-dür.

Hər il Türkiyədə təhsil üçün müraciət edən tələbələrin 50 mindən çoxu YÖS imtahan nəticəsi ilə universitetlərə qəbul olur.

YÖS nədir?

Türk dilində “Yabancı Öğrenci Seçme Sınavı” kimi açıqlanan YÖS, Türkiyədə bakalavr təhsili almaq istəyən tələbələrin verməli olduğu imtahanlardandır.

1981-ci ildən təşkil edilən bu imtahanlar vaxt keçdikcə müxtəlif dəyişikliklərlə yenilənmişdir. Belə ki, 2010-cu ildən etibarən ölkə üzrə ümumi YÖS imtahanın keçirilməsi dayandırılmış, əvəzində hər bir universitetə öz daxili YÖS proqramını yaratmaq hüququ verilmişdir.

YÖS imtahanı verərək Türkiyənin həm özəl, həm də dövlət universitetlərində bütün ixtisaslar üzrə bakalavr təhsili almaq mümkündür. İstisna olaraq xüsusi qabiliyyət və bacarıq tələb edən ixtisaslarda YÖS nəticəsindən əlavə, qabiliyyət imtahan göstəricisinin olması da zəruridir.

YÖS sınavı təşkil etməyən universitetlər isə ya digər universitetlərin YÖS göstəricisi, ya da attestatla tələbə qəbulu həyata keçirir.

YÖS imtahanının struktru

İlk öncə onu qeyd edək ki, universitetdən aslı olaraq imtahan struktru və keçirilmə vaxtlarında müxtəliflik olur. Ümumi strukturda isə YÖS imtahanı 2 mərhələdə aparılır.

Birinci mərhələ – Riyaziyyat və məntiq fənninə aid suallardan təşkil olunur. Sual sayları isə müvafiq olaraq 35 və 45 testdən ibarət olub, ümumilikdə 80 sualla yekunlaşır. Bu mərhələdə namizədlərə verilən vaxt isə 1 saat yarımdır (90 dəqiqə).

İkinci mərhələ – Birinci mərhələdən fərqli olaraq burada bir fənn, yalnız türk dili biliyi yoxlanılır. Ümumi sayı 60 olan sualları cavablandırmaq üçün tələbələrə 1 saat (60 dəqiqə) vaxt verilir.

YÖS imtahanından toplanıla biləcək maksimum bal 100-dür. Universitetlərin güzəştli təhsil fürsətindən yararlanmaq istəyən namizədlərin YÖS göstəricisinin 60-dan yuxarı olması zəruridir.

YÖS-ə dair ən çox soruşulanlar

Tələbələrər tərəfindən YÖS imtahanı haqqında ən çox soruşulan suallara bu hissədə ətraflı cavab tapa biləcəksiniz.

  1. YÖS imtahnının qiymətlərihər universitetə görə fərqlidir. Ümumilikdə isə 50-150 Amerika dolları arasında dəyişdiyini deyə bilərik.
  2. YÖS imtahan göstəricisi əsasən 2 il müddətində keçərli olsa da, bəzi universitetlərdə bu göstərici 1 il keçərli olur.
  3. YÖS imtahanında iştirak etmək üçün yaş məhtudiyyəti qoyulmasa da, seçimlər zamanı eyni balı toplayan iki namizəd arasında yaşı daha az olana üstünlük verilir.
  4. YÖS imtahanı üçün müraciətlərə ümumilikdə mart-iyun aylarında start verilir. Bu müddətdə universitetlər müraciət tarixlərini, imtahan tarixlərini və kvotalarını elan edirlər.

YÖS imtahanından yüksək nəticə əldə edib, Türkiyədə təhsil almaq istəyirsinizsə,

OXFORD YÖS kursumuza elə indi qoşulun!

Oxford YÖS kursu haqqında tez-tez soruşulan suallar

YÖS hansı tarixdən etibarən keçirilir?

YÖS (Xarici Tələbə İmtahanı) 1981-ci ildən bəri keçirilir.

Hər il neçə nəfər YÖS imtahanında iştirak edir?

2000-ci illərdə ildə ortalama 5000 nəfər YÖS (Xarici Tələbə İmtahanı) imtahanında iştirak etmişdi. Bu rəqəm 2007-ci ildə təxminən 6000 nəfərə, 2008-ci ildə təxminən 7000 nəfərə yüksəldi.

Hansı ölkələr YÖS-ə daha çox müraciət edirlər?

Müraciət edənlərin ölkələr üzrə bölgüsü hər il dəyişsə də, Azərbaycan, İran, Türkmənistan, Yunanıstan, Bolqarıstan və Almaniya pasportu olan namizədlər çoxluq təşkil edir.

YÖS imtahanına başvuru zamanı nə qədər pul ödəməliyəm?

İmtahanda iştirak üçün müraciət zamanı ödəməli olduğunuz məbləğ 50 dollar təşkil edir.

YÖS nəticəmdən razı deyiləm və yenidən yoxlanması üçün müraciət edə bilərəm?

Rəsmi bunun üçün imtahanın saytında olan ərizə formasını dolduraraq vaxtında aidiyyatı qurumlara göndərərək, imtahanınızın yenidən nəzərdən keçirilməsini təmin edə bilərsiniz