İngilis dilində dinləmə bacarıqlarını necə inkişaf etdirmək olar?

İngilis dilində danışanları başa düşməkdə çətinlik çəkirsən? İngilis dili bacarıqlarını təkmilləşdirmək istəyirsən? Bu iki şeyi etsəniz, uğura 100% zəmanət verilir:

⦁ Hər gün ingilis dilində çoxlu qulaq as.
⦁ Vaxtının çoxunu buna ayır.

Bəs vaxtın yoxdursa, necə etməli? Elə isə sizə bununla bağlı bir neçə tövsiyə verək.

⦁ Telefonuna ingilis dilində dinləmə materialları yüklə

Telefonuna ingilis dilində çoxlu materiallar yüklə və harada olmağından asılı olmayaraq ingilis dilinə qulaq as. Bəs hansı növ materialları yükləmək lazımdır?

Podcast

Podcastlar internetdən pulsuz yükləyə biləcəyiniz audio xəbərlərdir. Podcast proqramlarını yükləmək üçün telefonunuzun “play store” bölməsində axtarış yerinə “podcast app” yazın. Reytinqi çox olan proqramlardan bir neçəsini yükləyin.

Darıxdırıcı vaxtını dinləməklə keçir

Avtobusda\qatarda olarkən, ev işləri görərkən, nəyisə gözləyərkən ingilis dilində musiqilərə və ya podcastlara qulaq as. Bu fəaliyyətlərin ümumi bir cəhəti var: diqqət və ya dərin düşüncə tələb etmir. Gün boyunca bunun kimi nə qədər misal çəkə bilərik. Bunlar sizin ingilis dilinizi inkişaf etdirmək üçün ən yaxşı vaxtlardır!

Bəs materialı başa düşməsəm?

Qulaq asdığınız materialı başa düşmürəmsə və heç bir altyazı yoxdursa, nə etməli?
Üç seçim imkanınız var.

1-ci Seçim: Heç nə etməyin
Əgər başa düşmədiyiniz hissələr əsas ideyaları təşkil etmirsə, narahat olmağa ehtiyac yoxdur. Burada əsas məqam ümumi mövzunun məğzini başa düşməkdir.

2-ci Seçim: Daha sadə materiallara qulaq as
Bəzi tələbələr nəyəsə qulaq asarkən başa düşülməsi həddən artıq çətin materialları seçirlər. Bu sizin özünüzə əziyyətdir. İnternetdə ingilis dili ilə bağlı çoxsaylı materiallar var. İngilis dili səviyyənizi müəyyən edib ona uyğun materiallara qulaq asmağa çalışın.

3-cü Seçim: Yeni sözləri öyrənmək üçün ingilis dilində oxuyun

Əgər qulaq asdığınız heç nəyi başa düşmürsünüzsə, deməli söz ehtiyatınız zəifdir. Bu halda sizə tövsiyəmiz odur ki, ingilis dilində materiallara qulaq asmaqla yanaşı, gündəlik danışıqda tez-tez istifadə olunan yeni sözləri və söz birləşmələrini də öyrənməyə çalışın.

Nə üçün dinləmə bacarıqlarınız çox zəif sürətlə inkişaf edir? (Çoxlu praktika etməyinizə baxmayaraq)

Bu, ingilis dili orta səviyyədə olan dinləyicilər arasında geniş yayılmış bir problemdir. İngilis dili orta səviyyədə olan əksər dinləyicilər illərdir ki, eyni səviyyədə qaldıqlarını hiss edirlər. Bu problem mən də yaşamışam. Dinləmə bacarıqlarımı inkişaf etdirməyə başlayanda özümdə uzun müddət irəliləyiş hiss etmədim. Səbəbini uzun müddət bilmədim. Lakin indi bilirəm. Əsas səbəblər bunlardır:

  • “Asan” başa düşdüyünüz şeylərə qulaq asmağa davam edirsiniz.
  • Dinləmə bacarıqlarınızı sürətlə inkişaf etdirməyin bir yolu var mı?

İngilis dilində çətin materiallara qulaq asın.
Gəlin izah edək.
Birincisi, ingilis dilində olan materialları çətinlik səviyyəsinə görə 3 qrupa bölək:

  • Çətin başa düşülən materiallar.
  • Asan başa düşülənlər.
  • Qarışıq materiallar.

1-ci Kateqoriya: Çətin başa düşülən materiallar

Bunlar, əsas fikri belə başa düşə bilməyəcəyiniz növ materiallardır.
Əgər siz nəyəsə qulaq asırsınız və düşünürsünüzsə ki “bu barədə heç nə danışa bilmərəm”, deməli bu qrup materiala qulaq asmısınız. Başa düşmədiyiniz bir şeyə qulaq asmaq vaxt itkisidir.

2-ci Kateqoriya: Asan başa düşülən materiallar

Bu tip materiallarda ayrı-ayrılıqda hər sözü başa düşürsünüz. İngilis dili orta səviyyədə olan tələbələrin inkişafının ləng getməsində əsas səbəb budur.

3-cü Kateqoriya: Qarışıq materiallar

Qarışıq materiallarda ola bilsin ki, bir və ya bir neçə sözü başa düşməyəsiniz, lakin ümumi fikri başa düşürsünüz. Dinləmək üçün ən yaxşı materiallar bu kateqoriyaya daxil olanlardır.


Ümumiləşdirmə: İngilis dilində dinləmə bacarıqlarını necə inkişaf etdirməli?

  • Hər gün çoxlu ingilis dilində materiallara qulaq asın. Bunun ən yaxşı yolu diqqət tələb etməyən gündəlik fəaliyyətlərinizdə etməkdir.
  • İkinci bir yolu isə YouTube kanalları və məşhur TV şou və filmlərə baxmaqla öyrənmə prosesini əyləncəli bir məşğuliyyətə çevirməkdir.

Bilməli olacağınız sonuncu şey

Bu məqalədə paylaşdığımız hər şey qayda olmalıdır mənasına gəlmir. Əgər siz qeyd etdiyim məqamlardan hər hansı biri ilə razı deyilsinizsə, onda onlara əhəmiyyət verməyin.
Məsələn: Biz həm Amerikan, həm də Britaniya ingiliscəsinə qulaq asmağınızı tövsiyə edirik. Lakin siz amerikan ingiliscəsinə qulaq asıb aksentinizi o formada təkmilləşdirmək istəyirsinizsə (ola bilsin ABŞ-da işləmək və ya təhsil almaq istəyirsiniz), o zaman seçim etməkdə sərbəstsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir